Masazırda kişi meyiti tapıldı
05.03.2020 11:19Abşeron rayonunda üzərində xəsarətlər olan kişi meyiti tapılıb.
Об этом сообщает Руспрес
A24.Az APA-ya istinadla xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Masazır qəsəbəsində üzərində döyülmə əlamətləri olan kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyit tapılan şəxsin, rayon sakini, 1966-cı il təvəllüdlü Tapdıq Əzizağa oğlu Məmiyev olduğu müəyyən edilib.
Hadisənin motivi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

