“Maşın” ən maraqlı iştirakçısının arzusu ürəyində qaldı
05.03.2020 11:20Aparıcısı Murad Dadaşov olduğu “Maşın” şounun daha bir buraxılışı geridə qalıb
Об этом сообщает Роспрес
A24.az-ın məlumatına görə, bu dəfə səs verməyə müğənni Səidə Sultan çıxıb.
O, səs topladığı təqdirdə rejissor Aqil M.Quliyevi yarışmadan uzaqlaşdıracağını bildirib.
Aqil Səidəyə “Çox gözəl aktrisadır. Özü də öz emosiyalarına inanır” deyərək sənətçinin getməsinə səs istəyib.
Verilişin sonunda S.Sultan 21,07 faiz səs toplayaraq şounu tərk edib.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.
Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

