“Maşın ilə vurub, ayağa qalxa bilmirəm, indi də deyir sadəcə toxunmuşam” – ŞİKAYƏT
05.03.2020 11:20“Ağrılarımdan gecələr yatmaqda çətinlik çəkirəm, adicə corabımı belə geyinə bilmirəm indi də deyir səni vurmamışam yüngülcə toxunmuşam”
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, redaksiyamıza şikayəti zamanı paytaxt sakini Ədilə Dadaşlı martın 4-də avtomobillə vurulduğunu deyib.
Şikayətçinin sözlərinə görə, qəza mart ayının 4-də baş verib:
“Martın 4-də Xətai rayonu Əhmədli qəsəbəsi, Cavanşir küçəsində saat 21:25-də – həmin ərazidə yerləşən parkın üst küçəsində həyətyanı ərazidə 90 KV 036 markalı ağ cip arxa tərəfdən məni vurdu. Arxa hissədən vurduğu üçün belim, omba nahiyyəm və qoluma ciddi zədə dəydi. Avtomobil sürətlə hərəkət etdiyi üçün məni vuran kimi zərbədən yerə yıxıldım. Səsimi qonşuluqda olan salonun işçiləri eşidib dərhal çölə çıxdılar”.
Ədilə xanım əlavə edir ki, elə bu zaman onu vuran sürücü avtomobilindən düşüb ona tərəf gəlib:
“Qəhrəmanov Fuad Mahiroğlu avtomobilindən düşüb, mənə tərəf gəldi. Əlini uzatdı ki, ayağa qalxım. Ancaq zərbə güclü olduğundan ayağa dura bilmədim. Elə bu vaxtı salonda çalışan işçilərin bir neçəsi məni yerdən qaldırıb, kişi salonuna apardı. Salonda olduğum müddətdə Fuad mənə dedi ki, sizi həkimə aparıb sonra evə yol salaram. Dedim ki, yaxınlarımı görmək istəyirəm”.
Hadisə zamanı ağır zədə aldığını deyə Ə.Dadaşlı salon işçilərinin tez tez suallar verdiyini də diqqətə çatdırır:
“Salonun işçiləri soruşurdular ki, vəziyyətiniz necədir? Tərpənə bilirsiniz? Yox deyib ağlayırdım. İşçilər Fuada deyirdilər ki, bax sən kişi olmalısan, xanımın bütün xərclərini( müalicə pulunu) çəkməlisən, çünki günahkarsan. Hələ yadımdadı onu da dedilər ki, sən niyə məhəllə içi bu qədər yüksək sürətlə maşın sürürsən? O biri əsas yolla gedərdin”.
Şikayətçi əlavə edir ki, salon işçiləri bu cür danışdıqdan sonra Fuad onların dedikləri ilə razışlaşıb:
“Fuad da günahını boynuna alıb, razılaşdı ki, bəli tələsirdim, buraları yaxşı tanımıram, nabələdəm. Salon işçiləri əlavə etdilər ki, qoy xanım səni polisə verməsin, yoxsa məsələ uzanacaq. Fuad da razılaşdı ki, nə varsa, hamısını özüm edəcəm. Vəziyyətim elə pis idi ki, yerimdən qalxa bilmirdim. Zəng edib, atamla anamı çağırtdırdım. Sonra yaxınlarım gəldi”. Onlar gələndən sonra Fuad israrla dedi ki, sizi həkimə aparacam. Anama və mənə yalvardı ki, onu polisə şikayət etməyək. Bundan sonra Neyrocərrahiyyə Xəstəxanasına getdik. Orda bir zülmlə məni rentgen etdilər. Vəziyyətim çox ağır idi. Başımda gematoma var idi. Axşam olduğundan növbətçi həkim müayinə edirdi. Adı Anar idi. Mənə suallar verirdi. Dedi şikayətiniz nədir? Dedim yıxılmışam. Elə istədim hadisəni doğru olduğu kimi söyləyim ki, bu insan məni maşını ilə vurub. Amma anamdan xahiş etmişdi deyə, heç nə demədim. Orda ayağıma ağrıkəsici iynə vurdular. Tərkibində güclü morfi var idi. Həkim ağrıkəsicilər yazdı. Həkim dedi MRT de edin”, – deyə Ə.Dadaşlı əlavə edib.
Zərərçəkmişin sözlərinə görə, hadisədən 2 gündən sonra MRT olunub:
“MTR pulunu Fuad verib. Cəmi 200 manat. Bel nahiyəmdə zərbə güclü olduğundan yara əmələ gəlmişdi və yaranın da yeri böyüyürdü. Qəzadan əvvəl belimə iynə vurulmurdu. Maşın vurandan sonra həkimə belimə iynə vurdu, onurğa üçün. Qəzadan əvvəl ağırlarım yox idi, qəzadan sonra şiddətli ağrılar başladı.
Vəziyyətimin getdikcə pisləşdiyini görüb, Fuada yazdıq ki, maddi durumumuz yaxşı deyil, zəhmət olmasa 2000 manat kompensasiya ödə, dərmanların, həkimlərin pulu çatdıra bilim. Nə vaxtdandı anam mənə baxır. İndi də maddi durum imkan vermir, müalicə alım. Fuad da dedi ki yaxşı anlayıram kasıbsınız, maddi durumunuz yaxşı vəziyyətdə deyil, sizə kömək edəcəm. Amma müalicənizi özünüz edin. Fuad özünü elə aparırdı ki, elə biz yoldan keçən biriyik, gəlib buna deyirik bizə kömək etsin. Maşınınla məni vurmusan, təqsirkarsan, həkim xərclərini də ödəməlisən. Fuadın özünü bu cür aparmasından sonra anamın vəziyyəti lap pisləşdi”.
Ədilə xanım vurğulayır ki, səhəri gün Fuad onlara gəlib:
“Biraz söhbət etdik, mən də söhbət zamanı dedim ki, heç təsəvvürümə də gətirməzdim ki, məni maşın vurub bu vəziyyət salar. O istehza ilə qayıtdı ki, mən sizi vurmamışam, yüngülcə toxunmuşam. Bundan sonra çox əsəbləşdim. Dedim sənə görə, pilləkənləri qalxıb düşə bilmirəm, ağrıdan yata bilmirəm, avtobusa, metroya, maşına minə bilmirəm. Dedim şər atma, boynuna al ki, məni maşınınla vurmusan”.
“Elə həmin gün Anar həkimə zəng etdim ki, mən yıxılmamışam məni maşın vurub, o da dedi daha gecdi nəyisə dəyişdirməyə ixtiyarımız yoxdu. Qısa bir haşiyəyə çıxım. Həmin gün xəstəxanada olanda həkimlər dedilər ki, biz hiss etdik ki, siz yıxılmamısız, amma nə baş verdiyini anlamadıq, siz dediniz yıxılmışam ona görə də inandıq”, – deyə Ə.Dadaşlı bildirir.
Şikayətçi əlavə edir ki, bundan sonra polis bölməsinə şikayət etməyə gedib:
“Bölmədə Kənan və Qabil adlı polis əməkdaşları bizdən ərizə istədilər. Hadisəni olduğu kimi danışdım, mən deyirdim Kənan da kompüterdə yazırdı. Dedim xəsarət almışam və qanuni şəkildə mənə 750 manat kompensasiya düşməlidir. Polis əməkdaşı Kənan dedi ki, əgər sizi vuran maşının siğortası varsa, kompensasiya düşür”. Maşın məni vurandan sonra yaxınlarım öyrəndi ki, 90 KV 036 markalı maşın “Atəşgah” sığorta şirkətində Akif Şirinzadə adına sığorta olunub. Və maşının may ayına qədər sığortası var. Fuad isə polis əməkdaşı Kənana deyib ki, mən qara ford markalı maşında olmuşam. Vurduğu ağ cipi demir, indi də başqa maşın adı çəkir. Və Kənana deyib ki, guya biz onda şər atıb, pul tələb edirik”, – deyə zərərçəkmiş xanım əlavə edir.
Ədilə xanımın sözlərinə görə, bundan sonra yenidən xəstəxanaya gediblər:
“Həkim yenə müayinə etdi. İynə yazdılar. O iynələr hələ də vururlar. İynəni bir də 50 manatdı .Hələ dərmanından pulundan da əlavə həkimə də pul veririk. Polis əməkdaşı Kənan deyir ki, belə olan halda siz ancaq Fuadı məhkəməyə verə bilərsiniz. Həmçinin Kənan əlavə etdi ki, Fuad polis bölməsinə yanına vəkili ilə gəlib gedirmiş. Belə düşünürəm ki, yəqin ona görə Fuada heç nə edə bilmirlər”.
Ədilə xanım bildirir ki, qəzadan əvvəl vəziyyətim yaxşı idi. Fotolardan da baxa bilərsiniz:
Şikayətçini qeyd edir ki, qəzadan sonra sol qolunda, omba tərəfdə və bel sümüyünə yaxın yerlərdə göy zərbə izi yaranmaqla yanaşı zərbədən belində yırtıq da əmələ gəlib:
“Qəza nəticəsində udardan qrija yaranıb. Əvvəl belimdə iki yırtıq var idi, indi isə əlavə 2-də yaranıb. Və əvvəlcədən məndə olan qrija yerlərinin ölçüsü artıb. Əvvəllər ağrı vermirdi indi (maşın vurandan sonra) ağrılar da şiddətlənib. Bel nahiyimdə 4 yerdə yırtıq var. Maşının məni vurması nəticəsində yaranan digər fəsad isə onurğa sütunumun düzləşməsi ilə əlaqədardır. Normalda onurğa bir az əyri olmalıdır amma qəzadan sonra onurğa sütunum düzləşib”.
Ədilə xanım bildirir ki, tanınmış, ziyalı və alicənab ailələri var:
Babam Dadaşlı Əkbər Zeynal oğlu, sabiq prezident Heydər Əliyevə vaxtı ilə universitet illərində dərs deyib. BDU-da kafedra müdiri müavini olub. Ali partiya məktəbinin müdiri olub. Heydər Əliyev babam rəhmətə gedendə, evimiz gəlib baş sağlığı verib. Azərbaycan Respublikası prezidenti katibliyin rəisi, Dilarə Seyidzadənin atası babamla yaxın dost olublar. Biz əvvəl şəhərdə Nizami 137 küçəsində yaşayırdıq. Hamı bizim ailəni tanıyır..
“Fuad təkcə MRT-yə və Rentgenə pul verib, bizə də 200 manat. Başqa heç kimə həkimə, dərmana pul verməyib. İdda edir ki, Neyrocərahiyyədə də yatmışam. Yox. Belə bir şey olmayıb. Polisə şikayət edən də, oranın əməkdaşı Kənan bizə dedi ki, xəstəxanadan MRT-nin cavabını götürüb ekspertizaya verəcəyik amma götürməyiblər. Ona görə də, bütün işlər Fuadın xeyrinə alınıb”, – deyə şikayətçi əlavə edib.
Zərərçəkmiş Ə.Dadaşlı hazırda maddi durumlarının olduqca pis vəziyyətdə olduğunu vurğulayır:
“Dava dərmana xeyli pulum çıxıb. Bir oğlum da var. İndi də bir yandan həkim dərman xərcləri heç cürə çatdırmaq olmur. Maşın sürətlə gəldiyi üçün zərbə güclü oldu, ona görə də ağrılarım çoxdu. Vəziyyətim o qədər pisdi ki, hətta əyilib corabımı belə geyinə bilmirəm. Anam və bacım paltarlarımı geyindirirlər. Pilləkanları tək düşüb qalxa bilmirəm. Heç hara gedə bilmirəm. Çox vaxt uzanılı vəiyyətdə qalıram. Həkim evdə 10 dəfə iynə vurdu. Sonra Vidadi Əliyev adına Onurğa Mərkəzinə getdik. O da müayinə etdi və qiymətlərlə tanış olduq. Və dedi ki, sizə hələlik 10 seans yazıram. Bu seanslara da daxildir: Masaj, traksiya (yəni aparatla onurğanın dartılması), fizioterapiya bio ve miostimulyasiya. Onun da bir seansı 55 manat edir. 10 gün ərzində 550 manat. İynələr 50 manat. Və üstəlik hər dəfə həkimə taksi ilə gedib gəlmək 10 gün ərzində 120 manat edir. Toplam 720 manat edir. Qiymətlərlə tanış olduq amma pulumuz çatmadı ki, müalicə olunub. Ona görə də müalicəyə başlaya bilmirəm. Bundan da əlavə bayaq dediyim 500 manat pulumuz xərclənib. Qolumda və bədənimdə yaranmış göy izlər gedəcək bu problem deyil. Onurğada yaranan bu problem qəzadan sonra olub. Yəni qrija, bel yırtığı. Səhhətim də qəzadan sonra bu qədər problem yaranıb, o Fuad hələ də deyir yüngül toxunmuşam. Zəhmət olmasa bu hadisəni olduğu kimi mətbuatda işıqlandırın. Haqq ədalət yerini tapsın”, – deyə şikayətçi əlavə edib.
Problemli məsələ ilə əlaqədar zərərçəkmiş şəxsin (Ə.Dadaşlı) onu maşını ilə vurduğunu iddia etdiyi Fuad Qəhrəmanov ilə əlaqə saxladıq.
Fuad Qəhrəmanov A24.Az-a açıqlamasında bildirdi ki, bu məsələ hüquqi cəhətdən öz həllini tapıb:
“Maşını müəyyən olunmuş yerdə saxlayanda maşın xanıma dəyib. Lazımı köməklik də göstərmişəm. Açığı ciddi bir zərbə də olmayıb, indi də nəsə bir narahatçılıq olsun. Xanımın xahişi ilə hardakı qeydiyyatdadı həmin xəstəxanaya aparmışam. Orda bütün yoxlamalardan (MRT, KT) olundu və müəyyən olundu ki, heç bir problemi yoxdur”.
F.Qəhrəmanov əlavə edir ki, sonradan xanım onu şantaj edərək pul almaq istəyib:
“Mən də xanıma dedim ki, burada çəkinəcəyim heç bir şey yoxdur. Gedin şikayətiniz varsa hüquqi cəhətdən edin. O da polisə şikayət edib, ekspertiza olub. Ekspertizadan keçib, heç bir şeyin olmadığı göstərilib. Və iş bağlanıb. Həmin xəstəxana da uzun müddət müalicə olunub. Hətta həmin xəstəxanadan mənə dedilər ki, xanımın imkanı olmadığı üçün bir müddətdir müalicə almırdı”.
“O mənə yenidən özünün əvvəlki protruziyasını müalicə etdirmək istəyirdi. Xanıma da 300 manat həkimlərinə 200 manatda dərman alıb vermişəm. Mən onların evinə gedib gördüm pis şəraitdə yaşayır, ona görə də köməklik etdim”, – deyə F.Qəhrəmanov söyləyib.
F.Qəhrəmanov sonda vurğulayır ki, artıq ekspertizanın da verdiyi rəy var:
“Heç mənim xəbərim yox idi. Polisdən də mənə zəng vuranda dedim mən özüm xanıma demişdim ki, gedib şikayət eləsin, çünki mənim bu məsələdə qorxacaq bir yerim yoxdu. Məhəllə içində maşını “parkovka” edən sadəcə maşın xanıma toxunub. Xanım da toxunmadan yerə oturmuşdu. Belə desək əzələ ağrısı olmuşdu. Yəni xəstəxanada da hamısı yoxlanılıb, deyilib. Sadəcə olaraq xanım biraz bu vəziyyətdən istifadə edib şantaj etmək istəyirdi. Mən də ona dedim qanun var gedək məsələni qanuni yolla həll edək”.
Orxan

