Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Maşın şou yoxsa “Kurtlar Vadisi”? – “Vurulanlardan” ŞOK AÇIQLAMALAR

05.03.2020 11:20

Reper Rauf Əhmədov tərəfindən “Maşın şou”dan uzaqlaşdırılan meyxanaçı Vüqar Əbdülov hələ də baş verənlərin təsiri altında olduğunu deyib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən meyxanaçı Raufun onun ünvanına söylədiyi “əjdahanın quyruğu” sözünü bağışlamayacağını bildirib:

“Mən söz vermişdim ki, bu barədə danışmayacam, amma soruşdunuzsa, cavab verim. Rauf oyun zamanı mənim ünvanıma “əjdahanın quyruğu” ifadəsini səsləndirdi. Bu, mənim xoşuma gəlmədi. Hələ indiyə qədər heç kimə icazə verməmişəm ki, mənimlə münasibətdə hörmətsizliyə yol versin və həddini aşsın. Rauf həddini aşdı. Şou bitdikdən sonra mən onu kənara çəkdim və dedim ki, o nə söz idi işlətdin? Qayıtdı ki, “brat”, ağzımdan qəfil çıxdı, bağışla. Mən ona dedim ki, bu sözü milyonlarla insanların qarşısında işlətmisən, elə onların da yanında söhbətə aydınlıq gətir. Söz verdi, amma oyun zamanı sözünə əməl etmədi. Bu da onun səviyyəsidir. Mən orda elə şeylərlə qarşılaşdım, elə söhbətlər eşitdim ki, dəhşətə gəldim. 10 dəqiqə əvvəl söylədiyim sözləri mənə başqası çatdırırdı. Xəbərçilik, sözgəzdirmə, bir-birini təhqir etmək – inanın, mən çaşıb qalmışdım”.