“Maşın şou”da gözlənilməz ayrılıq: Kənan M.M. əlini maşından çəkdi
05.03.2020 11:20ATV-də yayımlanan “Maşın” şounun sms səsverməsinin nəticəsi açıqlanıb.
Об этом сообщает Руспрес
Saytımız “axşam.az”a istinadən bildirir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar rejissor Aqil M.Quliyevi sms səsverməsinə çıxarıblar.
Tamaşaçılar 60,91% səslə rejissoru verilişdə saxlayıblar. Aqil heç kimi verilişdən kənarlaşdırmayıb. O, hədəfinin Kənan Mahmudov olduğunu və o da verilişi tərk etdiyindən heç kimi şoudan çıxarmaq istəmədiyini deyib.
Qeyd edək ki, rejissor Kənan M.M. səsvermənin sonunu gözləməyərək əlini maşından çəkmişdi.

