“Maşın şou”da növbəti qalmaqal! “Murad nə istəyir, o da olur”
05.03.2020 11:20Müğənni Elton Hüseynəliyev “Maşın” realiti şousunda baş verən hadisələr haqda fikirlərini bildirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az axşam.az-a istinadən bildirir ki, verilişin ilk buraxılışında sms səsverməsi ilə aktyor Elcan Rəsulova uduzan sənətçi ilginc məqamlar açıqlayıb.
O, veriliş haqda ciddi ittihamlar səsləndirib. Sənətçi qeyd edib ki, “Maşın” şouda hər şey aparıcı Murad Dadaşovun diqtəsi ilə həyata keçirilir:
“Oksana xanım, verilişdə ən böyük qruplaşma sənin və Aqil M.Quliyevin əlindədir.
Danışanda bir az səmimi ol. Murad yaxşı edib Kənanı saxladı. Bəli, məhz saxladı. Elcan, sənə uğurlar, inşallah finalda olarsan. Mənə isə evdə olmaq daha ləzzət edir, nəinki bəzi saxta sifətli insanların yanında görünmək. Kənan, sənə halaldır. Orda yalnız səndə və Nadirdə səmimiyyət gördüm.
Həyat isə davam edir. Allah hamıya ürəyincə verəcək. Murad gördü ki, oyun düz getmir, Elcanla məni əsəbiləşdirib bir-birimizə qarşı qoydu. Ümumiyyətlə, bütün iştirakçılar hər şeyi bilir. Orada qazanan bir nəfər var – o da şounun ağası. Gerçəkləri demək lazımdır ki, hamı bilsin. Millətin pulu boş yerə gedir”.
E.Hüseynəliyev prodüseri olan Tarix Əliyevə (Tolik) də ismarış göndərib:
“Tolik, sənin orada qalmağının artıq heç bir mənası yoxdur. Yenə də özün bilərsən”.
Qeyd edək ki, dünənki buraxılışda aktyor Səbuhi Xanlarov səs toplamayaraq verilişdən gedib. O, səs yığacağı təqdirdə, rejissor Kənan Mahmudovu uzaqlaşdıracağını bildirmişdi.

