“Maşın”da ATV-nin üç ulduzu “Bayağıdır” deyib, aşağılanan Talıb Taleyə qarşı – Oyunda belə reytinqi kimsə xəyal etməzdi
05.03.2020 11:20Müğənni Talıb Tale “Maşın şou”da iştirak edəndən sonra daha da məşhurlaşıb. İzləyicilərin rəğbətini qazanan bu insanı bəlkə çoxlarınız tanımırsınız.
Об этом сообщает Руспрес
Talıb Tale kimdir?
A24.az məlumatına görə, Talıb Tale Aşıq Ələsgərin kötücəsidir. “Bayağı müğənni” adlandırılaraq televizayalara çıxarılmayan müğənninin “Youtube” sosial şəbəkəsində mahnıları izlənmə rekoru qırır. 150 000-dən çox abunəsi olan kanalında paylaşdığı mahnılarının izləmə sayı 20 milyona yaxındır.
“Hələ də”, “Narın, narın”, “Gecəmiz” və.s mahnıların müəllifi olan Talıb Tale Damla, Şəbnəm Tovuzlu kimi yerli müğənnilərlə duet oxuyub.
“Bilirsən ki” mahnısıyla daha da məşhurlaşan müğənni toy biznesindən, “Youtube” kanalından və təşkil olunan konsertlərdən gəlir əldə edir.
34 yaşlı müğənni subaydır, 2 qardaşı var. Anası rəhmətə gedən Talıb Tale ailəsilə yaşayır.
“Maşın şou”da sevilən simalardan olan Talıb Tale ATV-nin 3 əməkdaşı ilə rəqabət apardı və son üçlükdə qalmağı bacardı. Maşın şou”da özünə ulduz deyən televiziya adamlarının heç biri bu günə qədər “Səviyyəsizdir”, “Bayağı müğənni” deyilərək televiziya kanallarına dəvət olunmayan Talıb Taleyə qalib gələ bilmədi. Bu o deməkdir ki, ölkəmizdə gündəmi televiziyalar yox, internet saytlar, “youtube”, “facebook”, “instagram” müəyyənləşdirir.
Brilyant Rəsulova

