“Maşın”ı tərk edən Ülviyyə “Alovlandı”: “Bilmədiyiniz, görmədiyiniz çox iyrənc…”
05.03.2020 11:20“Çox iyrənc oyunlar gedirdi”.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu sözləri “Maşın” şounun dünənki buraxılışında oyunu tərk edən jurnalist Ülviyyə Alovlu şəxsi “İnstagram” hesabında deyib. O, “Maşın” şou haqqında tənqidi fikirlər səsləndirib:
“Dostlar, “Maşın” şouda mənə dəstək olduğunuz üçün hər birinizə təşəkkür edir və qarşınızda baş əyirəm. Amma məni qınamayın, o bataqlıqdan çıxmağa fürsət axtarırdım, çünki bilmədiyiniz, görmədiyiniz çox iyrənc oyunlar gedirdi. Günlərlə bu haqsızlıqlarla mübarizə apardıqca özüm də batırdım. Bir gün ayıldım ki, ya onlar kimi olmalıyam ya da qaçıb can qurtarmalıyam. Çünki bu cığallıqlara qarşı çıxdığım efirin fraqmentlərini görəndə özümdən bir xanım kimi utandım. Haqq istədiyim halda, özüm də nahaqq görünməyə başlamışdım. İlkin Misgərlinin də – ona dəyməyəcəyimə sözlü olduğumu bildiyi halda – mənə qarşı çıxmağı, qərarım üçün son arqument oldu. Mənim üçün bu dünyada bir həqiqət var, o da dürüstlükdür. Bəlkə mən idealistəm, amma mən də beləyəm və dəyişmək fikrim yoxdur. Haqqınızı halal edin, sizi sevirəm”, – deyə jurnalist qeyd edib.
Minirə Qubatova//A24.az

