Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Maşınla qadın öldürən 14 yaşlı biznesmen oğlu haqqında- Vaqif Əsədov DANIŞDI

05.03.2020 11:20

Ötən gün 16:00 radələrində “Porsche” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik.

Об этом сообщает Роспрес

Aydın olub ki, hadisəni törədən şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcovdur. 14 yaşlı Ağəli hadisə yerindən qaçıb, Atası isə, hadisə ilə bağlı verdiyi açıqlamada oğlunun müdafiəsinə qalxaraq, “14 yaşlı uşağı həbs edərlər?”-deyə cavab verib.

Məsələ ilə bağlı A24.Az-a danışan DYP-ının ictimaətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, kimliyindən asılı olmayaraq, cinayəti törədən şəxsin cəzası veriləcək.

“Məsələ ilə bağlı araşdırma aparılır. Buna görə də fərqli suallar ortaya çıxır. Təbii ki, Yol Polisi  sahəsi üzrə təhlükəsizliyin təmin edilməsi ilə bağlı texniki vasitələrin göstəricilərini araşdırsaq, o uşağın idarə etdiyi nəqliyyat vasitəsini dövlət nişanı ilə hər hansı bir PPX-a düşmüş ola da bilər, olmaya da bilər”. İkincisi, hər halda, başvermiş hadisə faktı araşdırılır. Kim olur olsun, qanun qarşısında hamı bərabərdir. Yəni, burda fərq nəzərə alınmır və fərq qoyula bilməz ki, bu iş adamının oğludur”.

V.Əsədov, 14 yaşlı yeniyetmənin indiyəcən həmin avtomobili idarə etdiyi halda, necə olub ki, yol polisi tərəfindən saxlanılmamasına da açıqlama gətirib:

“Həmin suallar da araşdırılır. Təbii ki, bu sualların hər birinə cavab araşdırma tam başa çatdıqdan sonra məlum olacaq. Hər halda, qanunla tərtiblənib, baş vermiş hadisəyə hüquqi qiymət veriləcək. Siz də bu barədə biləcəksiniz. Məlumat verim ki, yol hərəkəti haqqında qanunun tələbinə uyğun olaraq, sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil idarə etməsinə görə məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, avtomobilin sahibinə sürücülük vəsiqəsi olmayan şəxsin avtomobili idarə etdiyinə görə də məsuliyyət nəzərdə tutulur. Yəni, baş vermiş hadisə ilə əlaqədar həmin avtomobilin sahibindən soruşulacaq ki, nəyə görə bu uşaq maşın sürür?

Hadisə ilə bağlı Unikal.org-a danışan F.Fərəcov , “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.-deyib.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, “14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?…”

“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədə telefonu söndürüb.

Qeyd edək ki, A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki “’Badu kubə” restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq “MOHİTO” və “PARODİZ” klublarını, Novxanıdakı “Kalyon” restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Azyaşlının idarə etdiyi “Porsche Cayenne Magnum” markalı maşınınqiyəməti isə 200 min manatdır.

Natavan Abdulla