Masonlar haqqında heç yerdə rastlaşmadığınız 15 FAKT – ARAŞDIRMA
05.03.2020 11:20Masonluq kökü orta dövrAvropasına dayanan və qurulduğu dövrdən etibarən bütün dünyanı təsiri altına salan bir təşkilatdır.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, onun kökləri XIV əsrdə avropalı daş ustalarının yaratdığı birliklərdən gəlir. Masonluğun 3 mərtəbəsi olub: şəyirdlik, kalfalıq və ustalıq. Masonların cəngavər soyundan olduqları da başqa bir varianta əsaslanır.
Masonluq müəyyən bir dinə inanmağı şərt qoşmur, ancaq dini inancları olmayan heç kim də, onların sırasına qoşula bilməz. Əgər siz ateist və aqnostikisəniz mason ola bilməzsiniz.
Masonların qəbul mərasimləri gizli saxlanılır. Bəzi lojaların köhnə simvolları, göz bağlamaq adətləri və çılpaqlığı hələ də qalır. Onların sıralarına qoşulmaq üçün bir nümayəndənin məsləhətinə ehtiyac duyulur. Bu gün masonların arasına qatılmaq üçün insanlar internet üzərindən də yerləşdikləri şəhərdəki loja və iclaslara asanlıqla qatıla bilərlər.
Masonların şəxslərin tutduqları mövqeyə görə, xüsusi salamlaşmaq üsulları var. Sevgi, hörmət, tolerantlıq, hüquq bərabərliyi, qardaşlıq onların əsas konsepsiyasını təşkil edir.
Cəmiyyətimizdə geniş yayılan “Özünə edilməsini istəmədin şeyləri başqasına da eləmə” fikri masonlara məxsusdur. Bu fikrə ilk dəfə e.ə. 500-cü illərdə yazıldığı təxmin edilən və masonluğun ilk əsərlərindən olan “Böyük təlim” kitabında rast gəlinib.
Masonlar Orta əsrlərdən bu yana cəmiyyətin önəmli şəxslərindən təşkil olunublar. Mason olduğu dəqiq bilinən adlar arasında Corc Vashington, Sir Vinston Churchill, Çarles Darvin ve Beethoven kimi görkəmli insanlar var.
Qadınların masonların sırasına qatılmaları ilk olaraq iclaslara gizlicə sızmaları sayəsində gerçəkləşib. İlk dəfə 1712-ci ildə İrlandiyada masonlardan birinin qızı şuraya gizlicə sızıb və onun fərqinə varıldığında namizədliyi qəbul edilib.
Hitlerin zamanında onlar böyük təhlükə olaraq görüldüyü üçün ölkədə 200.000 nəfər öldürülüb. Qətliamdan sonra isə əksinə, Almaniyada onların sayı durmadan artmağa başlayıb.
Onların sıraları qatılmaq üçün əsasən bu şərtlər önəmlidir: qatılmağı azad iradə ilə istəmək (bəzi hallarda onların öz övladları erkən yaşlarında qəbul edilirlər), əxlaqlı və yaxşı etibara sahib olmaq, zehni və fiziki olaraq sağlamlıq və müstəqil insan olmaq.
Dolların üzərində olan piramidanın masonlarla olan bağlılığı cəgəngiyatdan başqa bir şey deyil. Dolların üzərində olan piramida bir çox insanlar tərəfidən masonluğun bir simvolu olaraq tanınır. Kaliforniya Universitetindən Margaret Jacob isə bu simvolun tarix boyu bir çox qruplar tərəfindən istifadə edildiyini bildirib.
Masonluq tək bir nöqtədən idarə edilən və müəyyən qanunlara tabe edilən bir qurum deyil. Amerika və Avropadakı mason birlikləri bir-birindən olduqca fərqli olmasından başqa, ikisinin də arasında fərqli qanunlar var. Məsələn, ABŞ-da qadınların namizədliyi qətiyyən qəbul edilmir, Avropada isə xanım masonlara rast gəlmək mümkündür. Buna görə də, onun haqqında verilən hər məlumat doğru olmaya bilər.
Masonlar Aya edilən ilk ekspedisiya uçuşunda önəmli rol oynayıblar. Apollo proqramındakı astrolardan Buzz Aldrin bir masondur və bu səyahəti Texasda yerləşən şuranın köməyi ilə reallaşdırıb. Aldrinin Aya mason bayrağı apardığı da deyilir.
Onların məqsədi əksər ölkələrin siyasət və iqtisadiyyatına nəzarət etməkdir. Dünya miqyasında masonlar tərəfindən idarə edilən bir çox mövqe, bank, universitet və xəstəxana var.
Bir çox mədəniyyətə təsir ediblər. Onlar haqqında çəkilən filmlər arasında “The Imaginarium of Doctor Parnassus, Paint Your Wagon, Eyes Wide Shut”, həmçinin bir çox kitablar var.
Masonlar iluminati kimi gizli təşkilatlar deyillər, bənzərlikləri olsa da, bağlantıları yoxdur. Bu gün dünyada təxminən 6 milyon mason var. Birləşmiş Krallıqla 680.000, ABŞ-da isə 2 milyon nümayəndəsi var. Bir mason mason olduğunu gizlətmək yox, şuranın qərarlarını gizlətmək məcburiyyətindədir.
İlhamə Sultan

