Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Maştağa-Zabrat yolunda QƏZA: sürücü şoka düşdü – VİDEO

05.03.2020 11:20

Bu gün səhər saatlarında Maştağa-Zabrat şosesində yol qəzası baş verib.

Об этом сообщает Руспрес

Saytımız “Report”a istinadla xəbər verir ki, naməlum maşın 90-LR-191 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobili arxadan vurub.

Nəticədə “Hyundai Accent” markalı nəqliyyat vasitəsi yol kənarındakı dərəyə yuvarlanıb.

Şahidlərin sözlərinə görə, “Hyundai” üzü Zabrat istiqamətində hərəkət edərkən yol ayrıcından sürətlə çıxan ağ rəngli krossover onu vurub. Qəza törədən maşının sürücüsü hadisə yerindən qaçıb.

“Hyundai”ın sürücüsü ciddi xəsarət almasa da, şok vəziyyətinə düşüb, avtomobilə ciddi ziyan dəyib.