Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Matçlara pul qoyan futbolçuların cəzaları açıqlanıb

05.03.2020 11:20

Fransa Peşəkar Futbol Liqası matçlara pul qoyuluşu edən oyunçuların cəzalarını açıqlayıb.

Об этом сообщает Руспрес

A24.Az goal.az-a istinadən xəbər verir ki, dörd futbolçudan ikisi sərt sanksiya ilə üzləşib.

“Nice” klubunun üzvləri – qapıçı Yoan Kardinal və yarımmüdafiəçi Valenten Eyserik üç oyunluq diskvalifikasiya edilib. Həmçinin Kardinala 1000 avro məbləğində cərimə kəsilib.

“Loriente” klubunun müdafiəçisi Romen Filippoto və “Bastia”nın hücumçusu Qael Danik isə bir oyun buraxmalı olacaqlar. Üstəlik, Filippoto bir, Q.Danik isə iki oyunluq şərti cəza alıb. Sonuncu 500 avro məbləğində cərimə də ödəyəcək.