“Mavi Balina” öldürməkdə davam edir-VİDEO\FOTO
05.03.2020 11:20Rusiyada geniş maraq doğuran və sosial media vasitəsilə yayılan “Mavi Balina” oyunu səbəbindən dünya miqyasında 100-dən çox uşaq intihar edib. Bu nəticələr bir sıra ölkələri ciddi tədbirlər görməyə vadar edir.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, oyuna başlayanlardan çoxuna şiddət ehtiva edən 50 tapşırıq verilir. Onlara çox da dərin olmadan qollarını, ayaqlarını kəsmək, müəyyən müddət içində heç kimlə danışmamaq, yüksək səslə musiqi dinləmək daxildi. Ən sonuncu, 50-ci mərhələdə isə oyunçudan özünü ya yüksəklikdən atıb öldürmə, ya da özünü asma tələb olunur ki, bütün mərhələri keçən bir oyunçu pisixoloji olaraq artıq ölümə hazır olur.
Bu oyunun orjinal adı Siniy Kitdir. Bu adın əslində Rus rok qrupu olan Lumenin bir mahnısının adı olduğu bildirilir. “Niyə bağırırsan, səsini eşidən yoxdursa”- adlanan mahnıda mavi balinanın hekayəsi danışılır.
A24.az sizə bu oyunun özəlliklərini və qorunmağın yollarını öyrədən videonu təqdim edir:
A24.az//Pərvin Abgül

