Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Maykl Ceksonun qızı Paris: “Atamı öldürdülər”

05.03.2020 11:20

Əfsanəvi pop ulduzu Maykl Ceksonun qızı Paris Jackson ABŞ-da nəşr edilən Rolling Stones jurnalına verdiyi müsahibədə atasının ölümünü qurama adlandırıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, Ceksonun güclü sakitləşdirici preparatlardan olan propofolin istifadə etdiyi və buna görə də infarkt nəticəsində öldüyü açıqlanmışdı.

Atası öldüyü vaxtlarda 11 yaşı olan Paris isə Maykılın ölümünün arxasında başqa səbəblərin olduğuna inanır. Parisə görə, atası son günlərdə “məni təqib edirlər” deyə ifadə edirmiş. Paris davam edib: “Məni bir gün öldürəcəklər”, -o, deyirdi.

Ulduz popçunun ölümüylə əlaqədar aparılan cinayət işində şəxsi həkimi Conrad Murray onun ölümünə səbəb olmaqda günahkar bilinmişi. Jackson 25 İyun 2009-cu ildə, 50 yaşında dünyasını dəyişib.

Müxbir Brian Hiattın soruşduğu “Atanızın öldürülməsinə inanırsınızmı?” sualına Paris “əlbəttə” deyə cavab verib. Paris açıqlamasına belə davam edib: “Bu, çox açıq idi. Bütün detallar bunu göstərir. Qulağa fantaziya və ya paranoya kimi gələ bilər, razıyam, lakin atamın bütün həqiqi heyranları və ailəmizdə hərkəs bunu bilir. Atamın ölümü planlıydı”.

Atasının ölümünü arzulayanların çox olduğunu vurğulayan Paris bu şəxsləri ədalət kürsüsünə çıxartmaq üçün “şahmat” oynadığını da əlavə edib.

Heç kimin adını çəkməyən Paris Jackson şübhəli bilinən həkim Conrad Murrayın də adını çəkməyib.

Paris Jackson son olaraq isə qeyd edib ki, İngiltərədə Sky Arts-ın prodüsserliyini öhdəliyinə götürdüyü serialda atasını ağ dərili aktyor tərəfindən canlandırılmasına da etiraz edib.

Sky Arts daha sonra serialı yayımlamaqdan imtina etmişdi.

Paris müsahibə sonrası atdığı tweetlə bundan sonra heç bir media orqanına atası haqqında danışmayacağını, hər şeyi bu müsahibəylə ifadə etdiyini qeyd edib.

18 yaşlı Paris modellik və aktrisalıqla kariyerasına davam edir.