“McDonalds”ın statusu Trampı özündən çıxaracaq: “Prezidentliyin tam olaraq iyrənc bir nümunəsisən!”
05.03.2020 11:20“McDonald”ın rəsmi Tvitter hesabında Amerika prezidenti Donald Tramp haqqında kəskin fikirlərin yer aldığı status paylaşılıb.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, paylaşılan tvitdə bunlar qeyd edilib və bir neçə dəqiqə sonra silinib: “Prezidentliyin tam olaraq iyrənc bir nümunəsisən və Obamanı geri istəyərik, həmçinin kiçik əllərin var”.
Bir neçə dəqiqə sonra şirkətin rəsmi səhifəsindən daha bir yazı paylaşılıb. Bu dəfə qeyd olunub ki, guya səhifə başqalarının əlinə keçib və hadisə araşdırılır: “Tvitter hesabımızın ələ keçirildiyini bildiririk. Yazını sildik və hesabımızı mühafizə altına aldıq. İndi bunu araşdırırıq”.

