Medianın gündəmini zəbt edən millət vəkili kimdir? – MONİTORİNQ, ÖZƏL
05.03.2020 11:21Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi deputatlarla bağlı aprel ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 15443 xəbər yerləşdirilib. Bunlardan 97 xəbər mənfi, 213 xəbər müsbət, 15133 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Nəriman Əliyev (40 xəbər – deputatdan şikayət, kasıbın əmlakını əlindən alması iddiası), Astan Şahverdiyev (21 xəbər – Əməkdar artistin deputata görə özünü yandırmaq istəməsi), Araz Əlizadə (17 xəbər – deputatın avara söhbətinə görə sərt reaksiya alması). Müsbət xəbərlər arasında liderlər: Əflatun Amaşov (113 xəbər – deputatın “Şöhrət” ordeni ilə təltif edilməsi), Vahid Əhmədov (78 xəbər – deputatın “Şöhrət” ordeni ilə təltif edilməsi), Qənirə Paşayeva (10 xəbər – deputatın Veteranlar Təşkilatı tərəfindən medala layiq görülməsi).
Xəbər sayına görə sıralama:
| 1 | Siyavuş Novruzov | 736 xəbər |
| 2 | Cavid Qurbanov | 726 xəbər |
| 3 | Vahid Əhmədov | 675 xəbər |
| 4 | Əflatun Amaşov | 638 xəbər |
| 5 | Rövnəq Abdullayev | 608 xəbər |
| 6 | Oqtay Əsədov | 539 xəbər |
| 7 | Qənirə Paşayeva | 498 xəbər |
| 8 | Fazil Mustafa | 446 xəbər |
| 9 | Ziyad Səmədzadə | 402 xəbər |
| 10 | Vasif Talıbov | 368 xəbər |
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3993 xəbər dərc edilib. Bu xəbərlərdən 3974-ü neytral, 19-u isə müsbət xəbərlərdir. Müsbət xəbərlər Əflatun Amaşova (19 xəbər – deputatın “Şöhrət” ordeni ilə təltif edilməsi) məxsusdur. Aprel ayında bu sektorla əlaqəli yazılı mətbuatda mənfi xəbər dərc olunmayıb.
Xəbər sayına görə sıralama:
| 1 | Siyavuş Novruzov | 211 xəbər |
| 2 | Əflatun Amaşov | 183 xəbər |
| 3 | Vahid Əhmədov | 137 xəbər |
| 4 | Fazil Mustafa | 122 xəbər |
| 5 | Oqtay Əsədov | 116 xəbər |
| 6 | İsa Həbibbəyli | 114 xəbər |
| 7 | Ziyad Səmədzadə | 113 xəbər |
| 8 | Bahar Muradova | 111 xəbər |
| 9 | Zahid Oruc | 107 xəbər |
| 10 | Rövnəq Abdullayev | 89 xəbər |
Aprel ayında televiziya kanallarında deputatlar haqqında 2788 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
| 1 | Bahar Muradova | 161 xəbər |
| 2 | Elman Nəsirov | 156 xəbər |
| 3 | Rövnəq Abdullayev | 155 xəbər |
| 4 | Siyavuş Novruzov | 142 xəbər |
| 5 | Cavid Qurbanov | 129 xəbər |
| 6 | Əflatun Amaşov | 126 xəbər |
| 7 | Qənirə Paşayeva | 112 xəbər |
| 8 | Əli Hüseynli | 104 xəbər |
| 9 | İsa Həbibbəyli | 97 xəbər |
| 10 | Çingiz Qənizadə | 94 xəbər |

