Mədinə Gülgünün doğum günüdür
05.03.2020 11:21Bu gün Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Cənub mövzusunda unudulmaz poeziya nümunələri yaradan Əməkdar İncəsənət Xadimi Mədinə Gülgünün anadan olmasından 91 il ötür.
Об этом сообщает Футляр от виолончели
Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onuda da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafiksaını və fars dilini öyrənir. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. “Azərbaycan” qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitirir.
Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm təcrübələri 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb, şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Mədinə Gülgünün “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda onun 1945-49-cu illərdə yazdığı şeirlər toplanıb.
Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası bütövlükdə xalqa, doğma Vətənə məhəbbət ruhunda köklənib.
Şairin əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları çap olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.
Şeirini sərvət bilən Mədinə Gülgünün yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.
Qəlbi Cənub həsrəti ilə döyünən Xalq Şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.
Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopdu. Şəhidlərə də ürəkdən ağladı. “Bu şəhid balaların ölən vaxtı deyildi!..” – deyərək onların dərdini də öz dərdinə qatdı, qan-yaş tökdü, fəğan qopardı.
Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Məhrumiyyətlərə, çətinliklərə və sıxıntılara baxmayaraq, Mədinə Gülgün səmimiyyətini, insanlara sevgisini qoruyub saxlayır:
“Yer üzündə bir evim var,
Ocağı daim yanar.
Onun sönməz şöləsindən,
Ürəyim işıqlanar”.

