Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Medvedyev İrəvanda elə mesaj verdi ki…

05.03.2020 11:21

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin başa çatması Rusiya və Ermənistanın Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması ilə bağlı cəhdlərini sonlandırmayıb.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, bunu “Haqqin.az” saytına açıqlamasında Gürcüstan prezidentinin eks-müşaviri Vaxtanq Maisaya söyləyib.

“Moskva-Suxumi-İrəvan dəmiryolu 23 il əvvəl Gürcüstan-Abxaziya münaqişəsi ucbatından fəaliyyətini dayandırıb. Rusiya Baş naziri Dmitri Medvedyev İrəvana səfəri zamanı bəyan etdi ki, Ermənistanın Avrasiya İttifaqında iştirak birbaşa bu dəmiyolunun bərpa edilməsindən keçir. Yəni Medvedyev yumşaq formada Tiflisə ultimatum göndərdi. Ermənistanda Moskvanın bu layihədə lobbiçiliyini artıracağına ümid edirlər. Maraqlıdır ki, Gürcüstanın siyasi elitasının yerli seçkiyə başı o qədər qarışdı ki, Medvedyevin çıxışına reaksiya belə vermədilər. Medvedyevin bəyanatı isə kifayət qədər təhdid xarakterli idi. Rusiya Avrasiya İttifaqının genişlənməsi və inkişafında maraqlıdır və Ermənistana dəhlizin açılması üçün qəti addımlar atacaq”, – deyə o bildirib.