Məhbus film kimi ssenari qurub həbsxanadan qaçdı
05.03.2020 11:21Perunun paytaxtı Limada qeyri-adi hadisə yaşanıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, 27 yaşlı Alexander Delgado adlı məhbus onu ziyarət etməyə gələn əkizini içərisinə dərman atdığı su ilə yatırıb, sonra isə onun yerinə keçib.
Təcavüz və oğurluq səbəbi ilə 2015-cı ildə 16 il həbs cəzası alan Alexander əkizi Giancarlonun paltarlarını geyinib, onun kimliyi ilə həbsxananı tərk edib.
Polislərin barmaq izi testindən sonra həqiqət ortaya çıxıb. Əkiz qardaşına kömək etməsi səbəbi ilə Giancarlo da saxlanılıb.

