Məhkəmə Netanyahu haqqında həbs qərarı çıxardı
05.03.2020 11:21Netanyahu İspaniyaya gedərsə, həbs ediləcək.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, İspaniyada bir məhkəmə Mavi Mərmərə basqınındakı öhdəlikləri səbəbilə İsrailin baş naziri Binyamin Netanyahu və 7 israilli məsul şəxsin həbs edilməsi haqda qərar verib.
Qərara görə, 2010-cu ildə Qəzzaya yardım aparan Mavi Mərmərə gəmisinə hücum əmri verən Netanyahu və bu işlə əlaqəli 7 israilli şəxs İspaniyaya addım atacaqları halda, həbs ediləcəklər. Qərarla bağlı rəsmi yazı da artıq polisə təhvil verilib.
İsrail hökuməti sözü gedən qərarın verildiyini təsdiqləyib. Həmçinin qərarı provakasiya olaraq gördüklərini və ispaniyalı məsul şəxslərlə qərarın ləğvinə birlikdə çalışdıqlarını bildirib.
Vəsilə İbrahim // A24.Az

