Məhkəmə Telman İsmayılovla bağlı yekun qərar verdi
05.03.2020 11:21Moskva vilayətinin Arbitraj Məhkəməsi Çerkizovo bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun qurucusu, iş adamı Telman İsmayılovun Kutuzov prospektindəki 5 və 6 otaqlı mənzillərinin üzərinə həbs qoymaqdan imtina edib.
Об этом сообщает Роспрес
A24.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, ümumi sahəsi 292 kvadrat metr olan daşınmaz əmlakın həbsini İsmayılovun müflisləşməsi işi üzrə təminat tədbiri çərçivəsində onun maliyyə idarəedicisi Valeri Kubelun istəmişdi. Məhkəmə vəsatəti əsassız hesab edib.
Məhkəmənin qərarında göstərilir ki, mənzillərin üzərinə həbs qoyulması onların bağışlanması barədə sövdələşməni poza bilər. Mənzillərin kimə və nə vaxt bağışlanması məhkəmə sənədlərində göstərilmir.

