Məhkəməyə ayağı qandallı gətirilən Rza Zərrabdan ETİRAF
05.03.2020 11:21ABŞ-da məhkəmə prosesi davam edən Rza Zərrab 3-cü vətəndaşlığı olduğunu açıqlayıb.
Об этом сообщает Руспрес
A24.az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycan əsilli iş adamı İran və Türkiyə ilə yanaşı, Makedoniya vətəndaşı olduğunu etiraf edib.
R.Zərrab dünən Türkiyənin “Xalqbank” bankının sədr köməkçisi Mehmet Hakan Atillanın tək təqsirləndirilən şəxs kimi keçirlidiyi məhkəmə prosesinə şahid qismində qatılıb. O, məhkəmə salonuna ayaqları qandallı şəkildə gətirilib. Proses zamanı onun rahat davranışları xeyli diqqət çəkib.

