Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mehriban Əliyevanın deputat fəaliyyətinə nə vaxt xitam veriləcək? — MSK sədrindən açıqlama

05.03.2020 11:21

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunmasına münasibət bildirib.
A24.Az xəbər verir ki, sədr unikal.org-a açıqlamasında bu qərarı yüksək qiymətləndirdiyini deyib:
“Olduqca sevindirici, unikal haldır. Cənab prezident tərəfindən Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident olması ilə bağlı qərarı uğurlu təyinatdır. Bu sərəncam hər birimizi çox sevindirdi. Mehriban xanıma fəaliyyətində uğurlar arzulayırıq”.
MSK sədri Mehriban xanım Əliyevanın mandatı ilə bağlı məsələyə də toxunub: “Burada heç bir problem görmürəm. Mehriban xanımın özü bununla bağlı müraciət etməlidir. Onun adından müraciət daxil olan kimi bu məsələyə baxacağıq”.

Об этом сообщает Руспрес