Mehriban Əliyevanın komandasına kimlər daxildir? – Məşhur sima açıqladı
05.03.2020 11:21Çapı dayanmış “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı müsahibəsində maraqlı fikirlər səsləndirib.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, tanınmış jurnalist cəmiyyətin daha çox maraqlandığı mövzulardan biri ilə bağlı fikirlərini bölüşüb.
O, ölkə.az-ın müxbirinə deyib ki, gələn il Azərbaycanda prezident seçkiləri ilə bağlı fikirlər səslənir ki, hakimiyyətin namizədi bu dəfə fərqli olacaq, Vahid namizəd kimi Birinci vitse-prezident Mehriban Əliyevanın adı hallanır. Amma böyük ehtimalla hakimiyyətin namizədi yenə də Prezident İlham Əliyev olacaq. Məncə, Mehriban xanım Əliyevanın namizədliyi hakimiyyətin “b” variantı ola bilər. Hazırda Mehriban Əliyevanın nüfuzu onsuz da böyükdür. Əgər fövqəlhadisə baş verməzsə, böyük ehtimalla prezidentliyə namizəd dəyişməyəcək.
O daha sonra Birinci xanımın komandasına kimlərin daxil olmasına da münasibət bildirib:
“Ümumiyyətlə, Mehriban Əliyeva öz komandasına bir qayda olaraq rüşvətə meyli olmayan, ağıllı, bacarıqlı və istedadlı gəncləri, şəxsləri seçir. Bu da onun başlıca uğurudur. Məsələn, iqtidarın vahid namizədi kimi Mehriban Əliyevanın irəli sürülməsi xeyli maraqlı proseslərə rəvac verə bilərdi. Doğrudur, Prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva bir ailənin üzvləridir və eyni sözə, dünyagörüşünə malikdirlər. Ancaq burada bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin komandasında əsas yüksək vəzifələrdə mərhum prezident Heydər Əliyevin vaxtından bəri işləyən şəxslər təmsil olunur. Burada hansısa məmurun vəzifədən kənarlaşdırılması ilə bağlı Prezidentin müəyyən mənəvi öhdəliyi ehtimalı ola bilər. Mehriban xanım isə bu adamların heç biri ilə birbaşa çalışmayıb…
Azərbaycanda növbəti prezident seçkilərində iqtidarın namizədinin prezident İlham Əliyevmi, yaxud Mehriban Əliyevamı olacağı barədə indidən dəqiq fikir söyləyə bilmərəm. Ancaq mənim aləmimdə, növbəti Azərbaycan prezidenti kim olursa olsun, provinsial düşüncəli kadrlar tamamilə təmizlənib qırağa atılmalıdır. Əks təqdirdə, perspektiv heç də ürəkaçan olmayacaq”.

