Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məhsulundan siçan nəcisi çıxdığı iddia edilən “Halal Nemət”dən AÇIQLAMA

05.03.2020 11:21

Ötən gün “Halal nemət min bərəkət” sosislərinin içərisindən siçan nəcisinin çıxması ilə bağlı xəbər yayımlanıb.

Об этом сообщает Футляр от виолончели

Bu barədə məlumatı isə Rəhim İsmayılov adlı şəxs “Baku.ws” saytına göndərib. Hamilə olan yoldaşına mağazadan “Manqalüstü” sosislərini alarkən içərisindən siçan nəcisinin çıxdığını iddia edən şəxs məhsulun fotosunu da çəkib.

Saytımız yazılan iddialara aydınlıq gətirmək üçün “Halal nemət min bərəkət” şirkəti ilə əlaqə qurdu. Şirkətin Keyfiyyətə Nəzarət Departamentinin müdiri Yusifzadə Şəhla Natiq qızı açıqlamasında siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabər olduğunu bildirdi:

“Siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabərdir. Çünki bizim müəssisədə 2011-ci ildən İSO 22000 – “Təhlükəsizlik Sistemlərinin İdarə Olunması” tətbiq olunub. Burda “Best Control” deyilən prosedurumuz var, yəni ziyanvericilərlə mübarizə prosedurudur. Hazırda biz 4 dövlət qurumu ilə müqavilə bağlamışıq. Bundan başqa müəssisəmizdə Abşeron rayon baytarlıq mərkəzinin nümayəndəsi əyləşib. Yəni bizim özümümüzün baytar həkimimiz var.

Hər həftənin iki günü, xüsusən də 5-ci günləri bizim müəssisədə təmizlik günüdür. Həmin günü müəssisəmiz işləmir, bütün həyətyanı ərazilər, avadanlıqlar, zavodun daxili dezinfeksiya olunur. Burda hər bir ziyanvericinin özünə uyğun dərmanlar var. Bundan başqa ayda bir neçə dəfə dövlət qurumlarından müəssisəmizə gəlib nəzarət edirlər. Ona görə də bizim müəssisədə hansısa ziyanvericinin dolaşması, girməsi belə mümkün deyil.

İkincisi, gəlin belə bir ehtimal yürüdək ki, məhsulun içərisinə siçan nəcisi daxil olub. Onu deyim ki, müəssisəmizdə kolbasa hazırlanan texnoloji qurğunun dişləri elə sürətlidir ki, ora diri bir şeyin girməsi və ya həmin nəcisin orda qalması mümkün olan bir şey deyil. Hətta bundan sonra kolbasa məhsulu bir neçə emal prosesi keçir. Kolbasalar bişirilir, hisə verilir, qızardılır, qaynadılır, buxara verilir və sair.

Üçüncüsü, gülməli məsələdir, yazılan iddiada ad yazılıb, amma ünvan, əlaqə vasitəsi qoyulmayıb. Bəs iddiada adı çəkilən sosiska hansı tarixdə istehsal olunan məhsulumuzdur? Bunlar haqda heç bir məlumat verilməyib. İstənilən adam qara nöqtəni məhsulun üzərinə qoyub şəklini çəkə bilər.

Bundan başqa, bu kimi iddiaları təyin eləmək üçün dövlət qurumu var: Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi. Həmin məhsulu bizə təqdim edərdi, araşdırılması üçün biz də aparıb həmin mərkəzə analiz verərdik və dəqiq bilinərdi. Yalnız həmin dövlət qurumunun hüquqi cəhətdən səlahiyyəti çatır ki, məhsulda aşkar edilən yad cismi müəyyən etsin, onun ora necə gəlib düşdüyünü araşdırsın.

Firuzə  Alimova / A24.az