Meksika məşhur narkobaronu ABŞ-a təhvil verdi
05.03.2020 11:22Meksika XİN-i narkobaron Xoakin Qusman Loeranın ABŞ-a ekstradisiya edildiyini təsdiqləyib.
Об этом сообщает Руспрес
Saytımızın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mexiko məhkəməsi “Bəstəboy” ləqəbli Qusmanın apelyasiya şikayətini rədd etdikdən sonra o, Baş Prokurorluğun sərəncamına verilib.
“Bəstəboy” ləqəbli narkobaron elə həmin gün ABŞ-ın müvafiq qurumlarının əməkdaşlarına təhvil verilib.
Qeyd edək ki, ötən gün narkobaron Qusman Meksika məhkəməsinə ona həbsxanada təcavüz edildiyi barədə şikayət iddiası ilə müraciət etmişdi.

