Meksikada körpə xaç suyuna salınarkən kilsə çökdü – 11 ölü
05.03.2020 11:22Meksikanın Puebla ştatında yeraltı təkanlar nəticəsində kilsələrdən biri çöküb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə zamanı 11 nəfər, o cümlədən 4 uşaq həlak olub.
Qeyd olunur ki, həmin an kilsədə yeni doğulan körpənin xaç suyuna salınma mərasimi keçirilirmiş.
İnsident nəticəsində daha 3 nəfərin xəsarət aldığı bildirilir.
Son məlumata görə, dağıntılar altında 2 nəfər qalmaqdadır. Hazırda hadisə yerinə xilasedicilər və təcili tibbi yardım cəlb olunub.

