Meksikada quldurlar 8 polisi oğurladı
05.03.2020 11:22Meksikanın mərkəzi hissəsində silahlı cinayətkarlar 8 nəfəri oğurlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın “report”a istinadən verdiyi məlumata görə, bu barədə “El Universal” qəzetinin elektron versiyası xəbər verib.
Məlumatda bildirilir ki, hadisə Puebla ştatındakı oteldə baş verib. Qəzetin bildirdiyinə görə, oğurlananlar federal polisin əməkdaşları ola bilər. Lakin bu xəbər hələlik rəsmən təsdiqlənməyib.
Şahidlərin sözlərinə görə, quldurlar otelin polislərin qaldığı güman edilən nömrəsinə daxil olaraq onlara atəş açıblar. Nəticədə bir neçə nəfər yaralanıb. Bundan sonra cinayətkarlar onları maşınlara əyləşdirərək naməlum istiqamətə aparıblar.

