Meksikalı deputatlar “Qondarma” Dağlıq Qarabağ Respublikasında…
05.03.2020 11:22Meksikalı deputatlar “Qondarma” Dağlıq Qarabağ Respublikasına səfər ediblər.
Об этом сообщает Роспрес
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Meksikadan gəlmiş Marqarita Kuata Dominqes Blankının deputatları, Mariya Kristina Teresa Qarsiya Bravo, Karlos Ernandes Miron “Qondarma” DQR-ə səfər ediblər. Deputatları Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov müşayiət edib.
Qeyd edək ki, bir müddət bundan əvvəl, Türkiyəli sabiq millət vəkili Ufuk Uras, jurnalist-köşə yazarları Ali Bayramoğlu, Erol Katırcıoğlu və Sait Çetinoğlu 22 sentyabrda İrəvanda baş tutan iclasda iştirak etdikdən sonra Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmişdilər. Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb. Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Orxan Aslanlı / A24.az

