Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məktəbi bitirib, əlifbada yarım qalanlar – EKSPERT DEYİR Kİ…

05.03.2020 11:22

Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmaması məlum olub.

Об этом сообщает Руспрес

A24.Az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 12-ci sayında qeyd olunub ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub: “Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd edir ki, Azərbaycan Dünya Bankının məlumatına əsasən ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir:

“Bu qurumun məlumatlarında qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. (Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir).

Ekspertin sözlərinə görə, TQDK (DİM)-in təqdim etdiyi məlumat əslində bu o deməkdir ki, IX sinifi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir:

“XI sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə faiz olaraq 99.93% və 99.97% göstərici deməkdir”.

“Bundan başqa, TQDK (DİM)-in elə bir funksiyası yoxdur ki, şagirdlərin oxuyub yazma qabiliyyətini yoxlasın. Onlar yalnız imtahanda iştirak edənlərin cavab kartlarına qeydləri əsasında bunu müəyənləşdirib. Hansısa şagird hanısa səbəbə görə cavab kağızını ağ qoyubsa bu onun oxuyub yaza bilməməsi demək deyil”, – deyə K.Əsədov əlavə edib.

Təhsil eksperti vurğulayır ki, DİM (TQDK) açıqladığı məlumatda həmdə özünü tənqid etmiş olur:

“Bilirsiz ki, DİM (TQDK) 5-ci sinifdən başlayaraq məktəblərdə manitorinq imtahanları həyata keçirir. Belə çıxır ki, olar bu imtahanlara və onun nəticələrinə laqeyd yanaşıblar. Bundan əlavə bu statistikada diqqəti çəkən 11-ci siniflərlə bağlı oxuyub-yaza bilməyənlərlə bağlıdır. Axı həmən 11-ci sinifdə oxuyan iki il əvvəl 9-cu sinifdə DİM (TQDK)-nın keçirdiyi buraxılış imtahanlarında iştirak edib və müsbət qiymət alıb. Necə oldu onlar iki il ərzində oxuyub-yazmaq qabiliyyətlərini itirdilər?”

K.Əsədov sonda əlavə edir ki, BMT İnkişaf Proqramının saytına istinadən DİM-in təqdim etdiyi məlumatın həqiqətə uyğun deyil:

“BMT qeyd edir ki, Azərbaycan dünyada 15-24 yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 100 faiz olan çox az saylı ölkələrdən biridir. Bu göstərici Azərbaycanla yanaşı, 187 ölkənin insan inkişafı indeksinin qiymətləndirildiyi hesabatda 4 ölkədə – Moldova, Koreya Xalq Demokratik Respublikası, Polşa və Kubada da qeydə alınıb. Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi isə 99,8 faizdir. Ümumiyyətlə DİM (TQDK)-nın təqdim etdiyi məlumat heç də təhlükəli deyil”.