Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məktəblərdə bu ştatlar ləğv edilsin, o işçilər ixtisara düşsün – Qalmaqallı təklif

05.03.2020 11:22

Yaponiya məktəblərində texniki işçi heyəti (xidmətçi) yoxdur. Məktəbin bütün ərazisində sahələr üzrə təmizlik işləri siniflər arasında bölüşdürülüb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, dərsdən sonra sinif otaqlarının və təhkim olunmuş ərazinin yığışdırılması yapon məktəblisinin vəzifəsinə daxildir.

Qeyd edək ki, şagirdlərə bu kimi vərdişlərin aşılanması təkcə məktəbi təmizlik dərdindən xilas etmir, həm də onlarda özlərinə, məktəblərinə qarşı təmizlik məsuliyyəti yaradır. Bir növ məktəbi öz evləri kimi sahiblənmiş olurlar. Öz məktəbinin təmizliyinə özü cavabdeh olduğunu dərk edən şagird artıq əlindəki hanısısa zibili yerə yox, zibilqabına atmağı öyrənəcək. Məncə, həm də dolayısı ilə məktəb bu yolla ən ali vəzifəsini də yerinə yetirir – şagirdi həyata hazırlayır.

Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov qeyd edib ki, Azərbaycanda da Yaponiyadakı kimi texniki işçi heyəti ilə bağlı dəyişikliklər edilməlidir.  “Təsəvvür edin, 4500-dən artıq orta ümumtəhsil məktəblərimizdə texniki işçi bir yana, təkcə xidmətçi ştat vahidi nə qədərdir”.

Şagirdlərin məktəbin təmizliyi məsələsində aktivliyini artırmaq həm büdcəyə, həm də onların cəmiyyət içərisində məsuliyyətli şəxsiyyət kimi böyüməsinə kömək edə bilər.

Vüsalə Əlövsətqızı