Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məktəblərə muxtariyat verilir- Təhsildə niyə işıq görünmür?

05.03.2020 11:22

Təhsil Nazirliyindən yeni bir qərar : “Bəzi məktəblərə muxtariyat veriləcək.”

Об этом сообщает Руспрес

A24.az tələbələrin də çaşqınlıqla qarşıladığı məsələni araşdırmağa çalışıb.

Maraqlı suallar ortaya çıxır:

Son 9 ildir tətbiq olunan yeni sistem-kulikum və “muxtariyyat” qərarı bir arada necə olacaq?

İkinci və daha maraqlı bir sual Kuriklum yaxşı bir metod idisə, “təntənə” ilə qarşılanmışdısa “muxtariyyata” nə ehtiyac var idi?

Ekspert Kamran Əsədov: “Təhsil resulslarını kor-koranə seçmək olmaz. Muxtariyyat veriləcəksə bu yenilik yüksək nəticə göstərən məktəblərə müəllim kollektivi və dərs standartlarını seçmək imkanları vermək şəklində olmalıdır . Bəzi məktəblərdə muxtariyyat, bəzilərində isə əvvəlki sistemin olması çaşqınlığa səbəb olacaq. Çünki ortada qəbul imtahanı deyilən bir reallıq var. Bütün məktəblilər eyni standartlarda imtahan verirlər.”  fikirlərini səsləndirib.

Reallıq da bu yöndədir ki, təhsil sistemində ikibaşlılığın yaranması qəbul imtahanlarında nəticələrə mənfi təsirini göstərəcək. Bu artıq danılmaz bir faktdır. Məktəblilərin alışmağa çalışdığı kulikum sistemini bir kənara qoyub yeni “seçkili” dərs metoduna adaptasiya, uyumu isə boşuna vaxt itkisi deməkdir.

Tuttaq ki, bir qism məktəbli muxtariyatla təhsil aldı. Məktəbli başqa bir məktəbə keçmək məcburiyyətində qaldığı an yeni bir problem daha yaranacaq deməkdir.

Müqayisə : Avropa ölkələrində bu necədir?

Bəzi Avropa ölkələrində təhsildə qruplaşma var. Yəni yaxşı oxuyan uşaqlar müəyyən sinif və məktəblərə seçilirlər. Lakin tək fərq budur ki, onlar birbaşa Universitetlərə imtahansız qəbul olurlar.”

Bu qərarın fəsadları: 

“Əvvəlcə tətbiq olunan metodların nəticələri gözlənilməlidir. Çünki yeni bir çox metod var və nəticələri məlum deyil hələ.” fikrini səsləndirən Əsədov vahid konsepsiya olmadığı müddətcə problemlərin tez-tez yaranacağını vurğulayır.

Statistikaya nəzər salaq: 

Ekpertin verdiyi məlumata görə ölkədə 4500 təhsil müəsisəsi var. 151 min müəllim fəaliyyət göstərir və bu zümrənin yalnız 75%- ali təhsillidir. Hər il təhsil alan vətəndaşların sayı isə 1,6 milyon təşkil edir.  Təqribən əhalinin 17%-i təhsil alır, təhsili tədris edənlərin 25 %-i isə ümumiyyətlə ali təhsili yoxdur. Orta ixtisas təhsili ilə təhsildə ali standartları yaratmaq istəyiriksə acınacaqlı hal olan qismi məhz burdadır.

Məktəblərdəki təhsillə bağlı maddi-texniki bazanı artırmaq-gücləndirmək ilk mərhələ olmalıdır. Güclü təhsil, sağlam gələcək deməkdir çünki.

İkinci bir addım isə ekspert Əsədovun da dediyi kimi “Təhsilin sadələşdirilməsidir.” Çünki sadə təhsil metdou məktəblilərdə oxumağa stimul verir.

Xəyalə Vaqif