Məktəbli formasını “Bakı Tikiş Evi”ndən başqa yerdən almaq olmaz? – AÇIQLAMA
05.03.2020 11:22Yeni tədris ilinin başlamasına saylı günlər qaldı.
Об этом сообщает Футляр от виолончели
Valideyinlər dəftər-kitab, xüsusən də məktəbli forması almaq üçün bazarlara üz tuturlar. Əsasən də məktəbli geyimi almaq üçün hansı tikiş evinə məxsus geyimi almaq onları əməlli-başlı təşvişə salıb.
A24.Az-a daxil olan məlumata görə, valideyinlərin bəziləri məktəb direktorlarının, müəllimlərin hansısa tikiş evinə məxsus məktəbli geyimi almaq tələbiylə rastlaşırlar.
Vahid məktəbli geyimlərinin istehsalı ilə məşğul olan sahibkar Vahid Uluxanlı saytımıza verdiyi məlumatda bildirir ki, onlara məxsus tikiş evinin qısa bir zamanda istehlakçıların rəğbətini qazanmasına baxmayaraq, sırf bu cür tələblərə görə valideyinlər buradan məktəbli geyimi almağa tərəddüd edir.
Ümumiyyətlə, şagirdlər qarşısında konkret tikiş evindən məktəbli forması geyinmək kimi bir tələb qoyula bilərmi?
Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O bildirdi ki, valideynlər standartlara cavab verən vahid məktəbli geyimlərinin seçimində sərbəstdilər:
“Bizə gələn telefon zəngləri də göstərir ki, belə təzyiqlər həqiqətən var. Bu, normal hal deyil. Azad bazar iqtisadiyyatına ziddir. Qoy, bunu tələb edənlər qoysunlar ortaya ki, bu formanı kim tətbiq edib? Nazirlər Kabineti tətbiq edib, yoxsa başqa bir qurum? Harda deyilib ki, Azərbaycan məktəblisinə məhz bu cür forma lazımdır? Bu, böyük bir biznes layihəsidir və arxasında da böyük müəllim qüvvəsi dayanır. Bu problemi həll etmək lazımdır. Azad bazar iqtisadiyyatı şəraitində bunun standartaları müəyyən olunmalıdır. Monopoliyaya yol vermək olmaz. İstənilən tikiş fabrikinə icazə verilməlidir. Belə olan halda qiymətlər də 50 faiz aşağı düşəcək”.

