Melania Tramp Ağ Evə geri dönməyə bilər
05.03.2020 11:22Ortaya atılan bir iddiaya görə, ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp Ağ Evə qayıtmaya bilər.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Donald Tramp prezidentlik kürsüsünə əyləşdikdən sonra əməliyyat zamanı dünyasını dəyişən Villiam Ovensin nəşini qızı İvanka ilə birlikdə hava limanına gedərək qarşılayıb.
ABŞ-ın birinci xanımı Melania Tramp isə 20 yanvarda keçirilən andiçmə mərasimindən sonra oğlu Barronun təhsilinin tamamlanması üçün Nyu-Yorka geri qayıdıb və bundan sonra ictimaiyyət qarşısına çıxmayıb.
Amerikada yayımlanan “US Weekly” mətbuatının verdiyi məlumata görə, birinci xanım Melania Tramp oğlu təhsilini tamamladıqdan sonra da Ağ Evə qayıtmaya bilər.

