Melaniya Trampı qorumaq büdcədən nə qədər pul aparacaq? -Rəqəmləri görəndə…- FOTOLAR
05.03.2020 11:22ABŞ-da prezidenti və ailəsini qorumaq üçün yaradılan Gizli Servis təşkilatı 60 milyon dollar məbləğində əlavə büdcə tələb edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az NTV-yə istinadən xəbər verir ki, bu pulun 26,8 milyon dolları Ağ Ev yerinə Nyu-yorkda yaşamağa üstünlük verən Melania Tramp və oğlu Barronu qorumaq üçün xərclənəcək.
Qalan 33 milyon dolların isə Donald Trampın günü-gündən çoxalan səyahətləri üçün istifadə ediləcəyi qeyd olunub. Tramp prezident seçildikdən sonra 5 dəfə Floridada yerləşən Mar-a-lago malikanəsinə səyahət edib və bu da müdafiə xərclərini artırıb.
Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı ABŞ Prezidenti Barak Obama və ailəsinin istirahəti üçün xərclədiyi pulu tənqid etmişdi. Barak Obama və ailəsinin vəzifədə olduqları 8 ildə istirahət xərci 80 milyon dollar olub.

