Məleykə Əsədovanın şərəf-ləyaqətinə toxundular – Həmkarını məhkəməyə verir
05.03.2020 11:22Xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki məhkəməyə verəcəyini deyir.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, müğənni bu barədə öz Instagram hesabında yazıb.
“Xalq artisti Ramiz Məlikin saytların birinə ailəm, anam və atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən valideynlərimin ruhuna görə onu bağışlamayacam və qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç bir məhkəməyə müraciət etməmişəm. Ancaq bu dəfə ailəmə dil uzatdılar”, – M. Əsədova yazıb.

