Memarlıq üslubu ilə diqqət çəkən dini memarlıq nümunələri
05.03.2020 11:22Yerləşdikləri ölkənin memarlıq üslubunu özündə əks etdirən dini obyektlər turistləri cəlb edən yerlər sırasındadır.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, onların bir qismi e.ə yüzüncü illərə təsadüf etsə də, digər qismi isə modern memarlıq üslubunda son illərdə tikilib.
Lotus məbədi, Yeni Dehli, Hindistan
Saflığı simvolizə edən zanbaqdan ilhamlanaraq tikilən bu məbəd dünyanın ən çox ziyarət edilən ibadətgahları sırasındadır.
Paoay Kilsəsi, Ilocos Norte, Filipinlər
O dövrün müstəmləkəçiləri olan ispanlar tərəfindən tikilən kilsə barok memarlığının klassik bir nümunəsi olaraq qəbul edilib.
Paro Taktsang, Paro Vadisi, Butan
Yerli dildə aslan yuvası mənasına gələn bu ərazi budistlərin inancında önəmli paya sahibdir.
Pilgrimage Kilsəsi, Bled, Sloveniya
Bled gölü üzərində yerləşən bu kilsəyə gedə bilmək üçün bir yelkən icarəyə götürmək və 99 mərtəbəli daş pillləri çıxmaq məcburiyyətindəsiniz.
Reform Kilsəsi, Graaff Reinet, Cənubi Afrika
Qotik memarlığının ilk nümunəsi sayılan bu kilsə dünya tarixinin ən önəmli dini məkanlarındandır.
LDS San Diego məbədi, Kaliforniya, ABŞ
Məbədin çölü saflığın rəmzi olan ağ boya və mərmərdən tikilib. Diqqətçəkən məqam ondadır ki, bu mədəbin içərisinə turistlər buraxılmır.
Saint Basil Katedralı, Moskva, Rusiya
XVI əsrdə Qorxulu İvan tərəfindən tikilən katedralın italyan memarın dizaynı olduğu və daha sonra buna bənzər məbəd tikməməsi üçün kor edildiyi bilinir. Kilsə hazırda muzey olaraq istifadə edilir.
St.Ana Kilsəsi, Vilnius, Litva
Vilnius şəhərinin ən diqqətçəkən yerlərindəndir. Qotik memarlıq üslubunun ən gözəl nümunələrindən biridir.
Şeyx Sayid məscidi, Abu Dabi
Eyni anda 40 min insan bu məsciddə ibadət edə bilər. Eyni zamanda ən böyük məscid xalıları da burada yerləşir.
Taung Kalat Monastrı, Myanmar
777 pilləni çıxaraq çata biləcəyiniz bu məbədin inanılmaz mənzərəsi var.
Vat Arun, Banqkok, Tailand
Hindu tanrısı Aruna üçün tikilən bu məbəd rəngli işıqları ilə məşhurdur.
Candi Prambanan, Yava, İndoneziya
ABŞ Hava Qüvvələrinin xidmətində olan iqamətgah, Kolarado
Modern memarlıq üslubunda tikilən bu məbədin xüsusiyyəti ondan ibarətdir ki, eyni anda müxtəlif dinlərə ev sahibliyi edir.
Angkor Vat, Siem Reap, Kamboca
Hallgrimskirkja Kilsəsi, Reykjavik, İslandiya
Ölkənin ən böyük kilsəsini şəhərin hər yerindən görmək mümkündür.
Kamppi igamətgahı, Helsinki, Finlandiya
Buranın əsas özəlliyi ondan ibarətdir ki, hər hansısa xüsusi bir din üçün nəzərdə tutulmayıb. Bunun sayəsində hər dindən olan insanlar burada ibadətlərini yerinə yetirə bilirlər.
Kristal Məscid, Kuala Terengganu, Malaziya
Kristal məscid tamamilə polad, kristal və şüşədən inşa edilib.

