Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məmurlar üçün xüsusi müdafiə sistemli ayaqqabı hazırlandı

05.03.2020 11:22

Şanlıurfada yaşayan bir vətəndaş sahibinin yerini müəyyən edən və siqnalkəsici özəllikli “Jammer 2023” adlı bir ayaqqabı hazırlayıb.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, xüsusi təhlükəsizlik xidmətində işləyən 38 yaşlı İbrahim Halil Boz istifadəçinin yerini müəyyən edən siqnalkəsici özəllikli “Jammer 2023” adı altında ayaqqabı hazırlayıb.

Halil Boz dövlət məmurlarının, xüsusilə terror bölgələrinə edilən ziyarətlərdən təsirlənərək istifadəçi haqqında məlumatları müəyyən edən Qlobal Məlumat Sistemi (GPS) və siqnal kəsici özəlliyi olan ayaqqabı yaradıb. Lisey məzunu olduğunu bildirən Halil Boz hazırladığı ayaqqabının artırılması üçün maddi dəstək istəyib.

“25 ildir özümü müdafiə sənayesində yeni kəşf və icadlarda tapmağa çalışdım. 10 müxtəlif layihə hazırlamışam. “Jammer 2023” adını verdiyim ayaqqabıda hər hansı hücuma qarşı 50 faiz qoruma təmin edir. Hazırladığım ayaqqabıda soyutma, isitmə, masaj, siqnalkəsici jammer özəllikləri var. Məmurlar, millət vəkilləri, yüksək vəzifəli şəxslər, dövlət idarəçiləri üçün hazırlanmış bir layihədir. Olduqca mükəmməl bir texnologiyaya sahib olan bu ayaqqabı dövlət işçilərimizin qorunması üçün hazırlanıb. Layihə üzərində 8 ay çalışdım və 500 lirəyə başa gəlib. Layihəmə dəstək verməyinizi xahiş edirəm”.

1 / 6