Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Məmurlarımız apteklərimizdə dərman almırlar, çünki həmin dərmanlar sıradan çıxarılıb” – Sərdar Cəlaloğlu

05.03.2020 11:22

“Azərbaycan məmurları nə işlə məşğul olduqlarını bildikləri üçün öz yaşamlarını xaricdən təmin edirlər”.

Об этом сообщает Футляр от виолончели

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu A24.Az-a müsahibəsində deyib.

Partiya sədrinin sözlərinə görə, məmurlar Azərbaycanda yarıtmaz səhiyyə sistemi qurduqları üçün öz xəstəxanalarımızda müalicə olunmaq istəmirlər.

“Bilirlər ki, Azərbaycanda səhiyyə bərbad bir vəziyyətdədir. Biz səhiyyəmizə ayrılan büdcəyə görə, dünya ölkələri arasında sondan ikinci yerdəyik. Məmurların müalicə, müayinə, əməliyyat üçün xaricə getməsi onu göstərir ki, yarıtmaz bir səhiyyə sistemi  qurublar”.

Sərdar Cəlaloğlu Azərbaycan apteklərində satılan dərmanların,  dünyanın bir çox ölkələrində utilizasiya  edilməsi lazım olan dərmanlar olduğunu deyib.

“Sıradan çıxarılmış , qadağan olunmuş dərmanlardır. Məmurlar Azərbaycan apteklərindən dərman almır. Dəli deyillər ki, o dərmanları alsınlar. Əvəzində isə zərərli ərzaq, utilizasiya edilməsi lazım olan dərmanlar gətirib, insanları xəstələndirirlər. Çünki Azərbaycan vətəndaşları məmurlar üçün konkret gəlir məmbəyidir. Qidalanmasından, sağlamlığından , onun əqidəsindən, dünyagörüşündən , maarifindən pul qazanırlar”.

Nərmin Kərim, A24.Az