Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məmurların ən çox gözdən saldığı nazirliklər hansıdır? ANALİZ, ÖZƏL

05.03.2020 11:22

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir  ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi nazirlikler ilə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklər ilə əlaqəli 44940 xəbər yerləşdirilib. Bunlardan 43112-si neytral, 134-ü mənfi, 1694-ü isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”:  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 xəbər – Azərbaycanda məmur yaşlı kişini təhqir edib, videoya çəkdi – video), Maliyyə Nazirliyi (32 xəbər – Samir Şərifovun başı dərddə- Maliyyə naziri növbəti dəfə hədəfə gəlib), Gənclər və İdman Nazirliyi (14 xəbər – Gənclər və İdman nazirliyində büdcə qanunsuzluqları aşkarlandı  rəsmi).)

Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (1149 xəbər – qanunsuzluqlar aşkar edilib), Kənd Təsərrüfatı Nazirliyi (251 xəbər- istirahət mərkəzlərində ayı və ceyranların qanunsuz saxlanılması aşkarlandı -), Fövqəladə Hallar Nazirliyi( 155 xəbər -Bakıda liftdə qalmış 11 nəfər xilas edildi).

Xəbər sayına görə sıralama:

1 Müdafiə Nazirliyi  6278 xəbər
2 Daxili İşlər Nazirliyi  6230 xəbər
3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi  4679 xəbər
4 Fövqəladə Hallar Nazirliyi  3432 xəbər
5 Mədəniyyət və Turizm Nazirliyi  2785 xəbər
6 Xarici İşlər Nazirliyi  2525 xəbər
7 Təhsil Nazirliyi  2478 xəbər
8 Ədliyyə Nazirliyi  2359 xəbər
9 İqtisadiyyat Nazirliyi  2334 xəbər
10 Səhiyyə Nazirliyi  1990 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5345 xəbər dərc edilib. Bunlardan 5273-ü neytral, 72-si isə müsbət xəbərdir.

Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (67 xəbər – qanunsuzluqlar aşkar edilib), Kənd Təsərrüfatı Nazirliyi (5 xəbər – yararsız heyvan cəmdəyi zərərsizləşdirilib).

Xəbər sayına görə sıralama:

1 Daxili İşlər Nazirliy  724 xəbər
2 Mədəniyyət və Turizm Nazirliyi  719 xəbər
3 Müdafiə Nazirliyi  477 xəbər
4 İqtisadiyyat Nazirliyi  418 xəbər
5 Xarici İşlər Nazirliyi  409 xəbər
6 Təhsil Nazirliyi  385 xəbər
7 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  306 xəbər
8 Ədliyyə Nazirliyi  284 xəbər
9 Ekologiya və Təbii Sərvətlər Nazirliyi  280 xəbər
10 Vergilər Nazirliyi  276 xəbər

Aprel ayında televiziya kanallarında nazirliklər haqqında 2904 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Mədəniyyət və Turizm Nazirliyi 550 xəbər
2 Müdafiə Nazirliyi 371 xəbər
3 Gənclər və İdman Nazirliyi 302 xəbər
4 Kənd Təsərrüfatı Nazirliyi 291 xəbər
5 Təhsil Nazirliyi 231 xəbər
6 Vergilər Nazirliyi 196 xəbər
7 İqtisadiyyat Nazirliyi 176 xəbər
8 Xarici İşlər Nazirliyi 159 xəbər
9 Ekologiya və Təbii Sərvətlər Nazirliy 123 xəbər
10 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 105 xəbər