“Mənə dedilər ki, get 3000 dollar gətir” – “O səs Türkiyə”yə qatılan azərbaycanlı iştirakçı – VİDEO
05.03.2020 11:22A24.az-ın studiyasında bu dəfəki müsahibim İlham Əsgəroğlu oldu. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Tiflisdə konservatoriyada ikinci təhsilini – vokal(solooxuma) bölməsininin məzunu olan, daha sonra Azərbaycanda Musiqili Teatrının, Azərbaycan Dövlət Flarmoniyasının solisti işləyən, ardınca Atatürk Kültür Mərkəzində 7 il fəaliyyət göstərən oprea sənətçisi bir çox Asiya ölkələrində də konsertlər verib.
Об этом сообщает Роспрес
Bu qədər uğurdan sonra “O səs Türkiyə”yə çıxmağa nə ehtiyac gördünüz sualına İlham Əsgəroğlu belə cavablandırdı:
- Ad günündəydim, orda dedilər ki, “O Səs Türkiyə”nin seçimləri yaxın məkanda keçirilir, dostlarım təkid etdi, mən də düşündüm ki, reklamım üçün yaxşı şansdır. Müraciət etdim və ilk turdan keçdim. Tamamşaçılar qarşısında ilk turda çox istəyərdim ki, Ebru Gündeşin dönsün, ancaq yalnız Gökhan Alkan döndü. Digər münsiflər komandalarında yerlərin dolduğunu söylədilər.
- “O Səs Türkiyədə” azərbaycanlılara qarşı münasibət necə idi?
- 1 il əvvəl Elnur Hüseynov qalib olmuşdu deyə, nə qədər yaxşı oxusan da, “Artıq yer tutdunuz da, bu il başqaları yer tutsun” deyirdilər. Bizim səsimizə heyran idilər, o qırtlaqları, keçidləri necə etdiyimizi soruşurdular, bir qısqanclıq varidi sanki.
- “O Səs Türkiyə”yə çıxdığınıza görə peşimansınız?
- Xeyr, yaxşı reklam olundum , ancaq orda sənətimi tam göstərə bilmədim.
- Bildiyimiz kimi saz ifa edirsiniz, başqa hansı bacarıqlarınız var?
- 10 dildə mahnı ifa edə bilirəm: Qazax, Gürcü, Özbək, Türk, Rus, Tacik, Qırğız və.s dillərdə.
- Saz ayrı bir sənətdir, opera ayrı, sizdə bunu birləşdirən nədir? Niyə saza maraq saldınız?
- Kökdən gəlir, aşıq mahnıları da oxuyuram. Bu gün elə bir bəstəkarımız varmı ki, sazla operanı birləşdirib ortaq bir musiqi ortaya çıxarsın?!
- Toylara gedirsiniz?
- Bəli gedirəm, elə insan var ki, kasıbdır , orda təmənnasız iştirak edirəm, ancaq belə 2000 dollara, Azərbaycanda 1000 manat məbləğində toya gedirəm. Toyda lazımsız mahnıları oxumuram, muğam, xalq mahnısı oxuyuram.
- İlham bəy, hazırda opera sənətinə olan maraq, qayğı sizi qane edir?
- Mən təəssüf edirəm ki, “Opera Teatrı”nda yoxam, 30 ildir rəhbəri dəyişmir, açıq deyəcəm, mənə dedilər ki, get 3000 dollar gətir, gəl işlə. Ən xoşlamadığım “Biz sizlə əlaqə saxlayacağıq” cümləsidir, mədəni şəkildə uzaqlaşdırırlar.
- Azərbaycan şou-biznesində olmaq istəyərsiniz və ya özünüzü orda görürsünüz?
- Şou- biznesdə bir az yüngüllük var, məqsədli şəkildə şou olmalıdır. Keçmişdə Rübabə Muradova, Şövkət Ələkbərova, Rəşid Behbudov olub, onların ağırlığı indi yoxdu. Səhnədə aktyorluq etmək başqadır, ancaq həyatda aktyorluq edənlər çətin və təhlükəlidir. O insan bilmirsən nə obraz yaradır. İzləyicilərimizə sözüm, çalışaq milli dəyərlərimizi üstün tutaq.
Brilyant Rəsulova //A24.az

