Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mənsimovun otelinin olduğu binada erməni biznesmen iş qurur

05.03.2020 11:23

Azərbaycanlı milyarder Mübariz Mənsimovun otelinin yerləşdiyi binaya  erməni-amerikan biznesmen Mark Hoplamaziyanın şirkəti gəlir.

Об этом сообщает Руспрес

Bir müddət əvvəl İstanbulun biznes şəhərciyi olan Leventdəki HSBC binasında yerləşən  “Edition Hotel”in bağlandığı xəbəri yayılmışdı. Türkiyə mətbuatında həmin binaya erməni əsilli biznesmenin “Hyatt Centrik” markasının yerləşəcəyi xəbərləri də dolaşırdı. Uzun müddət davam edən danışıqlardan sonra  “Hyatt” yeni markasını İstanbulda həyata keçirdi.  Artıq Mənsimovun binasında “Hyatt Centric” elanları asılıb.

A24.Az Türkiyə mediasına istinadla bildirir ki, bu xəbər ölkədə maraqlı yöndən şərh edilib. Media bunu azərbaycanlı və erməni biznesmenin iş birliyi kimi qələmə verib.
Mətbuat bu məqamı Azərbaycan-Ermənistan problemində sülh körpüsü olacağını düşünür.

Qeyd edək ki, “Hyatt”ın dünyanın 54 ölkəsində 679 oteli xidmət göstərir. Onu da əlavə edək ki, Türkiyədə 3 oteli olan “Hyatt”ın başçısı Mark Hoplamazyanın nənəsi Kayseridə yaşayıb.  Daha sonra bir türk əsgərinin köməyilə Misirə qaçıb. Babası isə Birinci Dünya müharibəsi ərəfəsində İstanbuldan Avropaya köçüb.