“Məqsədimiz iki qardaş ölkə arasındakı körpüləri kinonun gücü ilə möhkəmləndirməkdir” – “Türk Filmləri Həftəsi”nin baş kordinatoru
05.03.2020 11:23Noyabrın 16-dan 20-dək Bakıda “3-cü Türk Filmləri Həftəsi” baş tutacaq. Türkiyənin “Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi və səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə həyata keçiriləcək “3-cü Türk Filmləri Həftəsi”nin açılış mərasimi noyabrın 16-da Nizami Kino Mərkəzində keçiriləcək. Noyabrın 17-də isə Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan filmlər azərbaycanlı kinosevərlərə təqdim ediləcək. Yerli tamaçaşılar türkiyəli rejissor Caner Erzincanın “Yeni dünya”, rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər.
Об этом сообщает Роспрес
“Türk Filmləri Həftəsi”nin baş kordinatoru Öner Kılıç A24.az-a açıqlamasında bildirib ki, bu tip tədbirlərin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrini kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir:
““Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq. Türkiyədə fəaliyyət göstərən kino sənətkarları ilə Azərbaycandakı kino aktyorları, rejissorları və prodüserləri bir araya gətirərək kinoyla bağlı birgə proyektlər, layihələr həyata keçirməyi, birgə istehsallarla bağlı yeni addımlar atmağı düşünürük.
Ümum milli lider Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət olan” iki qardaş ölkə mədəniyyəti arasındakı körpüləri kinonun gücü ilə də möhkəmləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə də “3-cü Türk Filmləri Həftəsi” çərçivəsində Türkiyənin ustad rejissorlarının mükafat qazanmış əsərlərini, həmçinin kinosevərlər tərəfindən rəğbətlə qarşılanmış məşhur filmləri Bakıda Azərbaycan kinosevrələrinə təqdim edəcəyik.
Qeyd edim ki, “3-cü Türk Filmləri Həftəsi” tədbirləri çərçivəsində xalqa açıq pulsuz film nümayişləri ilə yanaşı, müəyyən olunan əsas hədəflər istiqamətində müxtəlif məkanlarda sənətkarlar arası görüşlər, söhbətlər, iclas və digər tədbirlər də keçiriləcək”.

