Mərhum gənc yazar Mövlud Mövludun ilk kitabının təqdimatı olacaq
05.03.2020 11:23M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçiriləcək.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, təqdimat may ayının 27-də baş tutacaq, 12.00-dan 14.00-a qədər davam edəcək.
Kitabın satışından əldə olunan gəlir M.Mövludun övladına bağışlanacaq.
M.Mövludun “Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.
Qeyd edək ki, M.Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. “Çətirsiz” mərhum yazıçının ilk kitabıdır.

