Mərhum yazar Mövlud Mövludun ilk kitabı təqdim edildi – VİDEO
05.03.2020 11:23Bu gün M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçirilib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, təqdimatı giriş sözü ilə açan Yaradıcılıq Fondunun Aparat rəhbəri Qismət Rüstəmov Mövlud Mövludun yaradıcılığından və kitabın ərsəyə gəlməsindən danışıb. O, bundan sonra Mövludun daha iki kitabının hazırlanacağını deyib . Daha sonra Kəramət Böyükçöl dostu Mövludla bağlı xatirələrini bölüşüb.
Təqdimatda millət vəkili Fazil Mustafa “Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tanınmış yazıçılar Səfər Alışarlı, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Kənan Hacı, Faiq Balabəyli, Kəramət Böyükçöl, Aqşin Evrən, Qan Turalı, media nümayəndələri və oxucular iştirak edib. Mövlud Mövludun qələm dostları, tanışları çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər.
Mövlud Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü yaşayış binasının 17-ci mərtəbəsindən ataraq intihar edib
Təqdimat mərasimində Mövludun həyat yoldaşı Sevinc Fədai və övladı Ucal da iştirak edib. Qeyd edək ki, “Çətirsiz” mərhum yazıçının ilk kitabıdır və kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq.

