Merkel Trampa xəbərdarlıq edəcək
05.03.2020 11:23Almaniya baş naziri Angela Merkel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla gələcəkdə keçirəcəyi görüşdə iqtisadiyyatda proteksionizm siyasətinin təhlükəsi barədə müzakirə aparmağı planlaşdırır.
Об этом сообщает Футляр от виолончели
Saytımızın APA-ya istinadən verdiyi məlumata görə, A.Merkel bunu dünən Xristian-Demokrat Partiyasının rəhbərliyinin qapalı iclasında bəyan edib.
D.Tramp seçkiqabağı kampaniyası zamanı çıxışlarında sərfəli olmayan beynəlxalq ticarətə dair müqavilələri ləğv edəcəyini, Çin və Meksikadan idxalı məhdudlaşdıracağını bəyan edib. A.Merkel isə hesab edir ki, beynəlxalq əməkdaşlıq hər kəsin öz problemini təkbaşına həll etməkdən daha yaxşıdır. Baş nazir 2008-ci ildəki maliyyə böhranının da beynəlxalq əməkdaşlığın zəruri olduğunu sübut etdiyini vurğulayıb.

