Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mərkəzi Asiyada “Latın rüzgarı”, qırğızlar da əlifba dəyişir

05.03.2020 11:23

Qazaxıstandan sonra Qırğızıstan da latın qrafikalı əlifbaya keçir. Ümumiyyətlə, Mərkəzi Asiya ölkələrində iki dövlətin bir-birinin ardınca tarixi qərar verməsi nəyə işarədir?

Об этом сообщает Роспрес

Bununla bağlı A24.Az ekspertlərdən açıqlama alıb.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edir ki, Mərkəzi Asiyada baş verənlər tarixi özünə qayıdışdır. “Latın qrafikasına keçid illərdir planlaşdırılırdı. Aşılması vacib olan maneələr var idi. Məqsəd çoxdan qoyulub,  sadəcə indi reallaşdırmaq istəyirlər”.

Politoloqun fikrincə,   Qazaxıstan prezidenti Nazarbayev Azərbaycana səfəri zamanı aparılan müzakirələrdən biri də  Azərbaycanın latın qrafikasına keçidlə təcrübəsindən istifadə etmək idi. “Qazaxıstan prezidenti  Nazarbayev öz məqaləsində vurğulayıb ki, latın qrafikasına keçid elə də asan məsələ deyil.  Burda maliyyə məsələlərini həll etmək, tərcümə mərkəzləri yaratmaq lazımdır. Qırğızıstan da bu yolu getmək istəyir. Türkdilli dövlətlər bir-birini daha yaxşı başa düşmək, bir-birinə sıx bağlanmaq üçün latın  qrafikasını seçirlər. Bütün  türkdilli dövlətlər bir məkanda birləşəcək və Qazaxıstan, Qırğızıstanın da latın əlifbasına keçməsi onu Azərbaycana Türkiyəyə daha da yaxınlaşdıracaq. Rusiya isə buna qarışa bilməyəcək”.

Milli Qeyri-Hökumət təşkilatları forumu idarə heyətinin üzvü  Əkbər Qoşalı A24.Az-a açıqlamasında bildirdi ki,  Türk dünyasında ortaq əlifbanın olmasına doğru addımlar atılır. “Qazaxıstan latın qrafikalı əlifbaya keçid haqqında qərar qəbul etdikdən sonra sosial şəbəkələrdə çox yaxşı reaksiyalar oldu. Bu ölkənin siyasi iradəsinin də möhkəmlənməsi deməkdir. Qırğızıstanda rus dili ikinci dövlət dili səviyyəsində aktuallağını itirəcəyinə inanıram. Qırğız yazarlarının da ortaq dilin formalaşmasında uğurlu addımlar atacağından əminəm”.

Vüsalə Əlövsətqızı