Mərkəzi Bank manatın uçot dərəcəsini aşağı salsa, nələr baş verəcək? – Ekspert açıqladı
05.03.2020 11:23Mərkəzi Bank manatın uçot dərəcəsinin avqustda aşağı salınması ilə bağlı qərar qəbul edib. 22 iyun tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsinə qərar verilib.
Об этом сообщает Футляр от виолончели
Bundan sonra manatın taleyi necə olacaq? Manatın uçot dərəcəsinin aşağı salınması iqtisadiyyata hansı təsirləri göstərəcək?
A24.Az bununla bağlı iqtisadçı Natiq Cəfərlidən açıqlama alıb. İqtisadçı ekspert bildirir ki, Mərkəzi bankın bu addımı atmaq istəməsində səbəb Azərbaycanda iqtisadi canlanmağa nail olmaqdır. “ Mərkəzi Bankın apardığı siyasət tək bir yönə istiqamətlənib. Bütün inzibati resurslardan istifadə edərək manat dövriyyəsini azaldıb.Mərkəzi Bank bununla da manatın dollara qarşı məzənnəsinin sabitləşməsinə nail olub. Məzənnənin 1:25 civarında sabitləşməsi iqtisadiyyatda aha ağır fəsadlara gətirib çıxartdı. İqtisadiyyatda daralma, iqtisadi aktivliyin azaldılması müşahidə olundu”.
“Əgər manat kütləsi artacaqsa, bu məzənnəyə mənfi təsir göstərəcək”
Ekspert deyir ki, dəfələrlə iqtisadçılar Mərkəzi Banka bildirdi ki, bu belə davam edə bilməz. “Hökumət iqtisadi canlanma haqqında da düşünməlidir. İqtisadi canlanma olmasa, insanların günlük dolanışığı təmin edilməsə, işsizlik arta bilər. Əslində Milli Bank bazarda aktivlik üçün manat kütləsini artırmağı düşünür. Əgər manat kütləsi artacaqsa, bu məzənnəyə mənfi təsir göstərəcək. İqtisadi aktivliyin paralel olaraq artması, manatın artması, dollara olan tələbatı artıracaq. Bu da dolların məzənnəsinin bahalaşmasına səbəb olacaq. Avqustda manatın uçot dərəcəsinin aşağı salınması ilə sentyabrdan başlayaraq məzənnədə ciddi proseslərin şahidi olacayıq. Bu həm də xarici faktorlarla bağlıdır, dünyada dollarda bahalaşma gedir, FED uçot dərəcəsini artırdı. Sentyabrda bir daha da artıracaq. Neftin qiymətində son iki ayda 20 faiz ucuzlaşma var. Maksimal 58 dollardan 44 dollaradək enmə müşahidə olundu. Bütün bu faktorlar göstərir ki, həm xarici, həm daxili faktorlar manatın ucuzlaşmasının labudlüyünə gətirib çıxardacaq”.
Ekspertin proqnozlarına görə, payız ayından sonra məzənnədə uçuzlaşma olacaq. “Kəskin devalvasiya olmayacaq, amma yumşaq şəkildə manatın yenidən dəyərdən düşməsini gözləyə bilərik. İlin sonuna qədər yanvar ayında gördüyümüz maksimal hədləri 1, 91 -1, 92 məzənnəsini yenidən görə bilərik”.
Vüsalə Əlövsətqızı

