Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Mərkəzi yollar 3 günlük bağlanır – Ərəblərə görə

05.03.2020 11:23

“Bu gündən başlayaraq aprelin 3-dək Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq”.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bunu “azvision.az”a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

DYP rəsmisi diqqətə çatdırıb ki, Birləşmiş Ərəb Əmirliyi dövlətinin rəhbərliyinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə aprelin 1-i saat 13:00-dan etibarən aprelin 3-dək paytaxtın bir sıra mərkəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

“Bu gün saat 13:00-dan paytaxtın hava limanından şəhərə doğru, eyni zamanda Mərdəkan istiqamətində olan əsasən mərkəzi küçə və prospektlər üzrə hərəkətə fasilələrlə məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib. Ona görə də sürücülərdən xahiş edirik ki, bu gün saat 13:00-dan 3 aprel tədbir başa çatanadək bunu nəzərə alsınlar”.

V.Əsədov qeyd edib ki, sürücülər Bakı şəhəri üzrə sıxlığın yaranmaması üçün qeyd edilən saatda və günlərdə şəhərin mərkəzi küçələrində şəxsi avtomobildən mümkünsə az istifadə etsinlər, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.

“Bir də əsas tələbimiz odur ki, dislokasiya üzrə təhkim edilmiş DYP əməkdaşının göstərişlərinə uyğun istiqamətlər üzrə hərəkət etsinlər”.