Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Məsciddə 6 nəfəri güllələyən tələbə tutuldu

05.03.2020 11:23

Kanada polisi fransız tələbəni Quebec şəhərindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, 27 yaşlı Alexandre Bissonnette 6 nəfəri qəsdən öldürməkdə və 5 nəfəri öldürməyə cəhd etməkdə ittiham edilir.

Qeyd edək ki, atışma bazar günü gecə saatlarında Quebec İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı baş verib. Həmin vaxt məsciddə 50 nəfərdən çox insan olub.

Yaralanmış 19 kişidən 5-i hələ də xəstəxanadadır, iki nəfərin vəziyyəti ağırdır.

Quebec əyalətinin polisi öldürülən altı nəfərin adlarını açıqlayıb:

Üç uşaq atası, 57 yaşlı baqqal və qəssab Azzeddine Soufiane, Laval Universitetində ərzaq elm şöbəsində professor, 60 yaşlı Khaled Belkacemi, üç uşaq atası dövlət üçün İT sahəsində çalışan 41 yaşlı Abdelkrim Hassen, 44 yaşlı Aboubaker Thabti və iki qvineyalı vətəndaş, 42 yaşlı Mamadu Tanou Barry və 39 yaşlı Ibrahima Barry.

Alexandre Bissonnette Laval Universitetində siyasi elmlər və antropologiya üzrə təhsil alır. Universitetin şəhərciyi məsciddən 3 km məsafədə yerləşir.